Nihad Bəhram (18 noyabr 1946[1], Qars, Qars ili), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır.
Nihad Bəhram | |
---|---|
Doğum tarixi | 18 noyabr 1946[1] (78 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru.
Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu. Vətən qəzetində ələ aldığı Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanın həyat və mücadilələrindən bəhs edən yazıları "Darağacında Üç Fidan" adı altında kitablaşdırıldı. Bu yazıları və şeirlərinə görə mülki və güclü nəzarət məhkəmələrinə verildi. 12 Sentyabr tarixində Türkiyə Cümhuriyyətindən sürgün edildi. 1996-cı ildə Türkiyəyə qayıtdı. İndiyə kimi 12 şeir kitabı nəşr olunmuşdur.
Halhazırda İsveçrə`nin Basel şəhərində yaşayan Nihadın "Yurd" qəzetində yazıları dərc olunmaqdadır.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |