Niiqata rus kəndi

Niiqata rus kəndi (新潟ロシア村, Niiqata Roşia Mura?)Yaponiyanın Niiqata prefekturasının Aqano şəhərində yerləşən və Rusiya mədəniyyətinə həsr olunmuş əyləncə parkı. Tərk edilmiş vəziyyətdədir.

Niiqata rus kəndi
Niiqata Roşia Mura (新潟ロシア村?)
2013-cü ilə aid, tərk edilmiş vəziyyətdəki şəkli.
2013-cü ilə aid, tərk edilmiş vəziyyətdəki şəkli.
Məlumatlar
Parkın tipi əyləncə parkı
Ölkə
Yerləşməsi Aqano,  Niiqata prefekturası, Yaponiya Yaponiya
Sahəsi 4000 m2
Yaradılıb 1993
Statusu tərk edilib
Xəritədə yeri
Xəritə

1980–90-cı illər Yaponiyada bir çox əyləncə parkının yaradıldığı dövrdür.[1] Niiqata rus kəndi Rusiyaya simpatiyası olan biznesmenlər tərəfindən Niiqata prefekturasının mərkəzi bankının vəsaiti ilə 1993-cü ildə yaradılmışdır.[1] Lakin parkın əsas yollardan uzaqda yerləməsi və ziyarətçilərinin az olması parka olan marağın azalmasına səbəb olmuşdur.[1] 1999-cu ildə mərkəzi bank müflis olmuş, parkın borcları 120 milyon ABŞ dollarına çatmışdır.[1] Parkın Rusiya vətəndaşı və əsasən Uzaq Şərqdən olan 70 işçisi işdən çıxarılmışdır.[1]

Xabarovsk diyarının administrasiyası 2003-cü ilə qədər parka dəstək olsa da, park 2004-cü ilin aprelində bağlanmışdır.[1] Park o vaxtdan tərk edilmiş vəziyyətdədir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Rus kəndinin əsas görməli yeri ortodoks kilsəsi olmuşdur.[1] Burada hələ də yaponrus dillərində olan Bibliyalar saxlanılır.[1] Park ərazisində kiçik sirk, karusel, heyvanxana, restoranlar, teatrlar və qolf meydançası yerləşir.[1][2] Hündür tavanı olan otaqların birində iki mamont maketinə rast gəlmək mümkündür: biri skelet, biri yunlu vəziyyətindədir.[1]

Parkın mərkəzində ticarət meydanı yerləşir.[1] Burada yerlə səpələnmiş matryoşkalara, tərk edilmiş içki dükkanına və brilyant üzüklər satan yerə rast gəlmək mümkündür.[1]

Park tərk edilmiş vəziyyətdə olduğu üçün tez-tez vandalizmə məruz qalır.[3] 2009-cu ildə parkın keçmiş hotel binasında güclü yanğın baş vermişdir.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "В Японии умерла «Русская деревня»". Mk.ru (rusca). 26 yanvar 2011. Archived from the original on 2022-09-07. İstifadə tarixi: 7 sentyabr 2022.
  2. "Niigata Russian Village". Atlas Obscura (ingiliscə). 15 fevral 2010. 7 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2022.
  3. 1 2 "Eerie photos of an abandoned Russia-themed park in Japan will creep you out". Russia Beyond (ingiliscə). 16 iyul 2019. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]