Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanal
Panama kanalı | |
---|---|
Axdığı yerlər | Panama |
Giriş | Sakit okean |
Mənsəb | Atlantik okeanı |
Uzunluğu | 81,6 km |
Vikianbarda əlaqəli mediafayllar |
İnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir.
Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür.
Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır.
Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraşdırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən asanlıqla keçə bilir.
Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgəsinin sosial vəziyyəti inkişaf etmişdir. Panama kanalının sayəsində Panama əhalisinin rifahı yüksəlmişdir. Kanal ölkənin inkişafında önəmli yer tutur.
Kanal dəniz səviyyəsindən 26 m (85 ft) yüksəklikdədir. Panama kanalının eni isə 34 m (110 ft) olaraq hesablanmışdır. Birləşmiş qablarda olduğu kimi mayelərin tarazlığı və Arximed qanunlarından istifadə edərək suyun səviyyəsini dəyişməklə gəmilər yavaş-yavaş qaldırılır və endirilir.
Panama kanalı üçün ilk cəhd 1 yanvar 1881-ci ildə olmuşdur. Layihə Süveyş kanalının inşaatını həyata keçirən Ferdinand de Lessepsin rəhbərliyi altında hazırlanmışdır. Onun planlaşdırmalarında kanal dəniz səviyyəsində göstərilmişdi.
Kanalın tikintisinin ilk illərində təşkilat əksiklikləri və qazıntı nəticəsində yaranan tullantıları nəql etməyə vasitə tapıla bilməməsi ilk ciddi problemləri yaratmağa başlamışdı. Bunlardan əlavə, həmçinin ortaya çıxan torpaq sürüşmələri ilə də qarşılaşılırdı. Torpaq sürüşmələrinin dayandırılması üçün kanalın müəyyən bölgələrində qazarkən dərinlik azaldılmaq məcburiyyətində qalınırdı.
Təkrar inşaat üçün bağlanan Panama kanalı genişlədildikdən sonra 26 iyun 2016-cı il tarixində yenidən fəaliyyətə başlamışdı.