Nikko (Nikkō (日光市, Nikkō-shi?)) — Yaponiyanın müqəddəs şəhəri.
Nikko | |
---|---|
日光市 | |
36°43′11″ şm. e. 139°41′53″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 321-1292 |
Digər | |
city.nikko.lg.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər.
Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir. Nikko şəhərində açıq səma altında yerləşən Edo-Muro muzeyini də ziyarət etmək olar. Kabuki teatrının aktyorlarının iştirak etdiyi səhnələşmiş meydan və nümayiş döyüşlərinin keçrildiyi Nindzaların bir evi uşaqların və böyüklərin diqqətindən kənarda qalmır.