Nikola Tesla muzeyi (serb. Музеј Николе Тесле / Muzej Nikole Tesle) — Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunub. Bu muzey Serbiyanın paytaxtı Belqradın mərkəzi ərazilərindən birində yerləşir. Burada 160,000-dən çox orijinal sənədlər, 2000-dən çox kitab və jurnallar, 1200-dən çox tarixi texniki eksponantlar, 1500-dən çox fotoşəkil və foto lövhələr, texniki əşyalar, alətlər və cihazlar və 1000-dən çox plan və çertyojlar saxlanılır. Nikola Tesla Arxivi dünyanın elektrikləşmə və bu sahədə gələcək texnoloji irəliləyişin tarixi ilə bağlı kritik rol oynadığına görə 2003-cü ildə YUNESKO-nun Dünyanın xatirəsi proqramında qeydiyyata alınıb.[1]
Nikola Tesla muzeyi | |
---|---|
serb. Музеј Николе Тесле | |
Əsası qoyulub | 5 dekabr, 1952 |
Açılış tarixi | 5 dekabr 1952 |
Mövzu | elmi muzey |
Ölkə | |
Yerləşir | Belqrad, Krunska 51 |
Direktor | Branimir Covanoviç |
Telefon | +381 (011) 243 3886 |
İş rejimi |
-►Çərşənbə axşamı-bazar günü iş vaxtı: səhər saat 10-dan axşam saat 6-dək -►bazar ertəsi bağlı olur |
44°48′18″ şm. e. 20°28′14″ ş. u.HGYO | |
tesla-museum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikola Tesla muzeyi Serbiyanın tanınmış memarı Draqişa Braşovanın layihələrinə uyğun olaraq 1927-ci ildə tikilmiş yaşayış villasında yerləşir. Bina Yuqoslaviya Sosialist Federativ Respublikasının qərarı ilə Nikola Tesla muzeyi təsis olunana kimi müxtəlif məqsədlər üçün istifadə olunurdu. Muzey üçün ləvazimatlar Teslanın qardaşı oğlu və ən yaxın qohumu Sava Kosanovic və onun müvəkkili Filip Vittenberqin səyləri nəticəsində 7 sentyabr 1951-ci ildə Belqrada Nyu-Yorkdan gəmi ilə göndərilib.
Nikola Tesla muzeyi Teslanın irsini qoruyub saxlamaq və nümayiş etdirmək öhdəliyini yerinə yetirir.
Silsilə sərgilər 1955-ci ildə təşkil edilib. Zaman-zaman bəzi dəyişikliklər baş verib, lakin uzun illər ərzində əsas konsepsiya eyni qalıb. Birinci hissədə ilk öncə xatirə sərgisi başlayır, ikinci hissə isə Teslanın ixtiralarının üçölçülü kompüter qrafikasının yaradılması ilə olan interaktiv hissədir. Müəyyən vaxt ərzində muzey Teslanın ixtiraçı həyatının ayrı-ayrı dövrlərini əks etdirən sənədlər, fotoşəkillər və digər materialların tematik sərgilərini təşkil edir.
Nikola Tesla muzeyinin bərpa olunmasına 3 noyabr 2006-cı ildə başlandı. Layihənin birinci mərhələsinin 2006-ci ilin sonuna qədər tamamlanması planlaşdırıldı. Muzeyin damındakı bağçanın pəncərə şüşələri ilə əhatə olunması layihələndirildi.