Şeverdyayev Nikolay Petroviç (d. 24 mart, 1922, Çuxuryurd, Şamaxı rayonu – ö. 28 oktyabr, 1986, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (18 avqust 1945), qvardiya mayoru.
Nikolay Şeverdyayev | |
---|---|
rus. Николай Петрович Шевердяев | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rus |
Rütbəsi | Qvardiya mayoru |
Döyüşlər | |
Təltifləri |
|
Nikolay Şeverdyayev 24 mart 1922-ci ildə Şamaxı rayonunun Çuxuryurd kəndində rus ailəsində anadan olub.[1]
1941-ci ildə Sovet Ordusuna çağırılmışdır. Bakı aeroklubunun yetişdirməsi olan Şeverdyayev Stalinqrad hərbi-hava məktəbini bitirmişdir (1942). İkinci Dünya müharibəsində (1941–45) hücumçu aviasiya diviziyasında xidmət etmişdir.[2]
132 döyüş uçuşu keçirmiş, Svir, Visla, Narva, Oder və s. əməliyyatların iştirakçısı olmuş, Sovet Zapolyaryesinin azad edilməsində igidlik göstərmişdir. 1958 ildə ordudan buraxılmışdır. 1977 ildən Kalinin ad. Geofizika Cihazları İstehsalat Birliyində işləmişdir. Fərdi pensiyaçı idi. Lenin ordeni, 2 Qırmızı Bayraq, 2 dəfə 1-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.[3]
28 oktyabr 1986-cı ildə Bakıda vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.