Nikolay Nəsib oğlu Nəsibov (rus. ́Николай Насибович Насибов; doğum adı: Qaraca;[1] 15 dekabr 1929, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ — 31 dekabr 1996, Moskva, Rusiya) — sovet jokeyi və məşqçisi. Atçılıq idmanı tarixinin ən yaxşı jokeylərindən biri.[2] Mərkəzi Moskva ippodromunun baş məşqçisi. SSRİ çempionu və rekordçusu.[3] Həm idmançı, həm də məşqçi kimi Avropa mükafatının üçqat qalibi.[4]
Nikolay Nəsibov | |
---|---|
rus. ́Николай Насибов | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Marneuli rayonu, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
İdman növü | atçılıq idmanı |
Hərbi rütbəsi | |
Nikolay Nəsibov 15 dekabr 1929-cu ildə Marneuli rayonunda azərbaycanlı[5] zəngin mülkədar ailəsində anadan olub. Dörd yaşında olarkən atası bolşeviklər tərəfindən qətlə yetirilir, bir il sonra isə anası vəfat edir.[1]
1942-ci ildən atlarla məşğul olmağa başlayıb. 1944-cü ildən "Vosxod" at zavodunun jokeyi kimi çıxış etməyə başlamışdır. 1951-ci ildə ilk dəfə derbi qaçışında ümumittifaq mükafatının qalibi olub. 1950-ci illərin əvvəllərində, Hərbi Hava Qüvvələri komandasının heyətində çıxış edərkən, İosif Stalinin sərəncamı ilə leytenant rütbəsinə layiq görülmüşdür.[2]
1965, 1966 və 1967-ci illərdə "Anilin" ləqəbli atı ilə Avropa mükafatının qalibi olub.[4] Nəsibov Oslo Kuboku, Stokholm Kuboku və "Böyük Vaşinqton mükafatı" da daxil olmaqla bir çox beynəlxalq turnirlərin qalibidir.[2]
1967-ci ildən məşqçilik fəaliyyətinə başlamışdır. Onun yetirmələri müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alıblar.[1]
Nikolay Nəsibov 31 dekabr 1996-cı ildə Moskva şəhərində vəfat edib.[2]
Nikolay Nəsibovun oğlu Mixail Nəsibov (1953—2021) futbol üzrə Rusiya yığmasının və "MOİK Moskva" klubunun masajçısı olub.[6]
2001-ci ildən etibarən Mərkəzi Moskva ippodromunda Nikolay Nəsibovun xatirəsinə həsr olunmuş ənənəvi "Nikolay Nəsibov Kuboku" keçirilir.[2]