Xatunsev Nikolay Borisoviç (rus. Николай Борисович Хатунцев) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1988).
Nikolay Xatunsev | |
---|---|
rus. Николай Борисович Хатунцев | |
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Milliyyəti | rus |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi |
Əsərlərinin dili | rusca |
Nikolay Xatunsev 1932-ci il iyunun 9-da Bakı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Burada 6 saylı şəhər məktəbini qızıl medalla bitirmişdir (1940-1950). ADU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur (1955).
Əmək fəaliyyətinə Azərbaycan Respublikası prokurorluğunda müstəntiq kimi başlamışdır. Sonra Azərbaycanın bir sıra rayonlarında müstəntiq, prokuror müavini işləmişdir (1955-1960). Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tibb Parazitologiya Elmi-Tədqiqat İnstitutu Xəbərlər şöbəsində elmi işçi, eyni zamanda "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında ştatdankənar müxbir olmuşdur (1960-1965). Azərbaycan Elmlər Akademiyasının "Elm" nəşriyyatında redaktor, baş redaktor (1965-1983), redaksiya müdiri (1983-?) işləmişdir.
Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır. Poetik tərcümə ilə də ciddi məşğul olur. Nizaminin qəzəllərini rus dilinə tərcümə etmişdir.