Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812[1], Şuşa[1][4] – 6 (18) fevral 1880[1], Sankt-Peterburq[4]) – rus kimyaçısı (üzvi kimya).
Nikolay Zinin | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Peterburq, Rusiya imperiyası |
Dəfn yeri |
|
Elm sahəsi | Üzvi kimya |
Elmi dərəcələri |
|
Elmi adı | Akademik (1865) |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Yustus fon Libix |
Tanınmış yetirmələri | Aleksandr Butlerov[2], Nikolay Beketov[3], Aleksandr Borodin[2] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Zinin 18 fevral 1880-ci ildə Peterburqda vəfat etmişdir.