Nilay Aydoğan (6 may 1992[1], İstanbul[3] – 12 fevral 2023, Malatya[4]) – Türkiyə qadın basketbolçu.
Nilay Aydoğan | |
---|---|
Boyu | 180 sm |
Vətəndaşlığı | |
Doğum tarixi | 6 may 1992[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 2023 (30 yaşında) |
Vəfat yeri | |
Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir.[5] Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi.[6]
Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı.[7]
2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur.[6]
Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.[8] "Çankaya Universiteti" komandası onun geyindiyi 46 nömrəli formanı əbədiləşdirmiş və bu nömrəni heç kimə verməmək barədə qərar qəbul etmişdir.[9]