Ser Nils Olaf (norv. Nils Olav) — Şotlandiyanın Edinburq zooparkında yaşayan Kral pinqvini. Nilf Olaf Norveç Kral qvardiyasının fəxri komandiri və talismanı, fəxri polkovnik, 2008-ci ildən cəngavər. 2016-cı ildən briqada generalı[1].
Ser Nils Olav | |
---|---|
1959— | |
Kral pinqvini Nils Olaf | |
Doğum yeri | Edinburq zooparkı |
Sahiblik | |
Ordu növü | Norveç ordusu |
Xidmət illəri | 1972 — |
Rütbəsi | Briqada generalı və uğurgətirən |
Hissə | Norveç Kral qvardiyası |
1961-ci ildə Norveç Kral qvardiyası Edinburq parad hərbi orkestrini ziyarət edir[2]. Leytenant Nils Eqelien (norv. Nils Egelien) Edinburq zooparkında olan pinqvinlərlə maraqlanır. 1972-ci ildə qvardiyaçılar leytinantın rəhbərliyi ilə yenidən Edinburqa qayıdırlar. Bu zamam pinqvinlərdən biri «oğulluğa» götürülür. Pinqvini Nils Olaf adlandırılır (Nils — Nils Eqelien və Olaf — Norveç kralı V Olaf).
Nils Olafa vitse-kapral rütbəsi (norv. visekorporal) verilir. Kral qvardiyasının Edinburqa hər səfəri zamanı Nils Olafın rütbəsi artırdı. 1982-ci ildə kapral, 1987-ci ildə isə çavuş rütbəsi alır. Ancaq ikinci rütbəni aldıqdan bir müddət sonra pinqvin ölür. Onun yerini II Nils Ulaf tutur. 1993-cü ildə pinqvin tabor çavuşu (ing. sergeant major). 18 avqust 2005-ci o fəxri komandir (ing. Colonel-in-Chief)[3] və 15 avqust 2008-ci ildə cəngavər titulu alır. Nils Olaf Norveç ordusunda ən yüksək rütbəni almış ilk pinqvin olmuşdur[4]. Cəngavər titulu aldıqdan sonra Edinburq zooparkında onun tam ölçüsündə bürünc heykəli qoyulmuşdur. Eyni ölçülü heykəlcik Norveç Kral qvardiyasının qərargahında belə ucaldılmışdır.