Nilufər Rəhmani

Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu.[1]

Nilufər Rəhmani
Şəxsi məlumatlar
Doğum tarixi 1992
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 2012-ci ildən
Rütbəsi kapitan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nilufər Rəhmani (14 may 2013)
Nilufər Rəhmani (14 may 2013)
Digər pilotlarla birlikdə (14 may 2013)

Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib.[1] 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub.[1] Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib.[1] Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.[1]

Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub.[1] Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır.[1]

  1. 1 2 3 4 5 6 7 8 Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine publika.az, 15.04.2015  (az.)
  2. "Biographies of 2015 Award Winners". State.gov. 2015-01-23. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]