Nimfomaniya (yun. νύμφη (nymphe) — gəlin, μανία (mania) — ehtiras, dəlilik; lat. nymphomania) — qadınlarda həddindən artıq cinsi əlaqə hərisliyi, hipersekssuallıqla özünü büruzə verən patoloji hal ya xəstəlik. Bu haldan əziyyət çəkən qadınlar nimfomanlar adlanılırlar. Bəzən bu termindən cəmiyyət arasında bu və ya digər qadının normadan kənar seksual davranışlarına işarə olaraq işlədilir. Nimfomaniya halı bəzən Histeriya (yun. ὑστέρα (hystera) — "quduz uşaqlıq")[1]
ilə eyniləşdirilir. Nimfomanlarda hədsiz, idarəolunmaz dərəcədə müxtəlif partnyorlarla cinsi əlaqəyə girmək hərisliyi mövcud olur. Bu oyanıqlıq həqiqi nimfomaniyalarda cinsiyyət orqanı tərəfindən adekvat reaksiyasız olub, subyektiv xarakter daşıyır. Bu zaman daimi seksual narazılıq (qeyri kafilik, kifayətlənməmək), bu məqsədlə yeni-yeni onu kifayətləndirəcək partnyorların sorağında olmaq nimfomanlar üçün xarakterikdir.
Nimfomaniya | |
---|---|
XBT-10 | F |
XBT-9 |