Nimrod Aloni (ivr. נמרוד אלוני; 12 iyul 1973, Eyn Karem) — İsrail Silahlı Qüvvələrinə mənsub General-mayor, yəhudi əsilli hərbçi.[2] 1991-ci ildən etibarən ölkəsinin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən Aloni orduda bir sıra mühüm vəzifələrdə çalışıb. Dərinlik Korpusunun komandiri kimi bir necə il xidmət etdikdən sonra, 143-cü "Qəzza" diviziyasının komandiri təyin edilib və Ramallah bölgəsində ordu tərəfindən icra edilmiş hərbi əməliyyatlara rəhbərlik edib.
Nimrod Aloni | |
---|---|
ivr. נמרוד אלוני | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyul 1973 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Yəhudi |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İsrail Silahlı Qüvvələri |
Qoşun növü | İsrail Silahlı Qüvvələri |
Xidmət illəri | 1991-ci ildən |
Rütbəsi | general-mayor |
Komandanlıq edib | |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
2023-cü ilin 7 oktyabr tarixində başlamış Qəzzə–İsrail münaqişəsi zamanı Həmas qruplaşmasının mənsubları tərəfindən əsir götürülüb.[3] Alonini fələstinli döyüşçülər tərəfindən saxlanıldığını və harasa aparıldığını əks etdirən foto şəkillərin mediada yayılmasına baxmayaraq[4], sözügedən hadisə İsrail Silahlı Qüvvələri tərəfindən rəsmən təsdiqlənməyib.[5]
8 oktyabr 2023-cü il tarixində Aloni-nin digər İsrail hərbi rəsmiləri ilə danışdığını göstərən video paylaşıldıqdan sonra bu iddia yalan kimi qiymətləndirildi.[6]
Nimrod Aloni 1973-cü ilin 12 iyul tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Ailəsi şəhərin kənarında yerləşən Eyn-Kərəm kəndində yaşayıblar. 1991-ci ilin noyabr ayında 35-ci Paraşütçülər Briqadasında könüllü olaraq xidmətə başlayıb və beləliklə İsrail Silahlı Qüvvələrində ilk addımlarını atmağa başlayıb. Burada piyada komandirləri üçün nəzərdə tutulan kursu bitirdikdən sonra rota komandiri kimi xidmətə başlayıb.
2022-ci ilin iyun ayına qədər Mərkəzi Komandanlığında general-mayor rütbəsi ilə xidmətə başlamazdan əvvəl müxtəlif komandirlik vəzifələrində xidmətinə davam edib. 2017-ci ildə Dərinlik Korpusunun qərargah rəisi, 2019-cu ilin iyulunda isə 143-cü "Qəzza" diviziyasının komandiri təyin edilib.[7]
2023-cü ilin 16 iyul tarixində Dərinlik Korpusunun keçmiş komandiri general-mayor İtai Veruvun yerinə bu vəzifəyə təyinat alıb və xidmətinə burada davam edib.[8]
An IDF source told the JC the Hamas claim about Commander Aloni was "unclear and unconfirmed".