Nina Hartli

Nina Hartli (11 mart 1959) — ABŞ porno aktrisasıdır. Filmlərdə Nina Hartli, Nina Hartman, Babbl Batt, və Nina Hartvell adı ilə məşhur olub. 2012-ci ilin rəsmi məlumatlarına görə Nina Hartli 900-dən artıq pornoqrafik filmdə iştirak etmişdir.

Nina Hartli
ing. Nina Hartley
Doğum adı Marie Louise Hartman
Doğum tarixi (64 yaş)
Doğum yeri Kaliforniya, ABŞ
Vətəndaşlığı
Fəaliyyəti pornoaktrisa, kinorejissor, sex educator[d], kino aktrisası, erotik video modeli[d], fetiş modeli
Fəaliyyət illəri 1984-cü ildən
Boyu 163 sm
Çəkisi 64 kq
IMDb ID0000440
nina.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Nina Hartli 1959-cu ildə Kaliforniyada anadan olmuşdur. Əsl adı "Mari Luiz Hartman"dır (ing. Marie Louise Hartman).[1] Lüterant atası və yəhudi anası Alabama ştatından bura köç etmişlər. Nina Alman, İsveç və Yəhudi əsillidir.[2] Onun valideynləri buddizm dininə itaət edir. Nina Hartli isə ateistdir. Nina San-Fransisko şəhərində böyümüşdür. 1977-ci ildə San Fransisko Dövlət Universitetində həkimliyi oxumuş və 1985-ci ildə Universiteti fərqlənmə ilə bitirmişdir. Artıq bu müddətdə Nina tibb bacısı vəzifəsində işləyə bilərdi.

1982-ci ildə eynikursda çalışan qız yoldaşı ilə birlikdə striptiz klubda çalışmışdır. 1984-cü ildə pornoqrafik film karyerasına başlamışdır. Mari "Nina" ləqəbini striptiz klubda çalışarkən yaponlarla daha aydın münasibət qurmasına görə, "Hartli" ləqəbini isə onu reklam edənə xoş olduğu üçün seçmişdir. 1980-cı illərin sonlarında "Las Veqas Andrea Dvorkinin pornoqrafiya ilə mübarizəsi" hədəfi altında olmuş və polislər tərəfindən tutulmuşdur. Amma bir müddət sonra kompaniyanın sayəsində azad olunur və porno karyerasına yenidən davam edir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Nina Hartli iki dəfə evli olub. İlk həyat yoldaşı Daviddən boşandıqdan sonra ikinci bir sıra pornoqrafik filmlərin rejissoru olan Ernest Qrin ilə ailə həyatı qurmuşdur. Ernest Qrin isə ilk həyat yoldaşı ingilis əsilli pornoaktrisa Sarah Ceyn Hemilton olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "14 arrested in reported live Vegas sex show". San Jose Mercury News. 1993-01-11. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-14.
  2. Christina. "Interview with Nina Hartley". AIPdaily. 2008-05-08. 2009-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]