Nino Konis Santana Milli Parkı (port. Parque Nacional Nino Konis Santana) — Şərqi Timorun ilk və yeganə milli parkı. Milli park 3 avqust 2007-ci ildə qurulmuşdur, 1236 km2 sahəni əhatə edir.[1][2] Milli parkda quşlar üçün əhəmiyyətli yerlər yerləşir: Lore, Paytçau dağı, İla Lalora gölü, Jaku adası.[3] Milli parkın ərazisinin 556 km2-lik hissəsini Mərcan üçbacağı əhatə edir. Milli parkın dəniz hissəsi mərcan rifləri ilə zəngindir. Burada nəsli təhlükədə olan sarı təpəli kakadu, endemik yaşıl Timor göyərçini, endemik Timor imperator göyərçini, Timor sərçəsi kimi nadir quş növləri qorunur.[1]
Nino Konis Santana Milli Parkı | |
---|---|
port. Parque Nacional Nino Konis Santana | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1.236 km2 ha |
Yaradılma tarixi | 3 avqust 2007 |
İdarəetmə orqanı | Şərqi Timor Qorunan Ərazilər və Milli Parklar Departamenti |
Yerləşməsi | |
8°27′00″ c. e. 127°20′00″ ş. u. | |
Ölkə | Şərqi Timor |
Vilayət | Lauten dairəsi |
Yaxın şəhər | Tutuala |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Timor milli azadlıq hərakatının iştirakçılarından biri, milli qəhrəman, Azad Timor üçün İnqilab Cəbhəsinin keçmiş lideri, indiki milli park ərazisində anadan olmuş Nino Konis Santananın şərəfinə adlandırılmışdır.[1][2]
Nino Konis Santana Milli Parkı Şərqi Timorun şərqində 126.600 hektar ərazini əhatə edir. Ərazisinin 68.000 hektarı qurudur, ovalıqlardan, tropik və musson meşələrindən ibarətdir. Qalan 55.600 hektar ərazisi Mərcan üçbucağının bir hissəsi olan dənizdir. Milli parkda Lore Əhəmiyyətli Quş Bölgəsi, İra Lalaro gölü və Jaku adası yerləşir və bu ərazilər ümumilikdə 25.000 hektar ərazi əhatə edir. 2002-ci ildə ölkə müstəqilliyini qazandıqdan sonra milli park ərazisində BirdLife International tərəfindən təşkil olunan tədqiqatlar dayandırılmışdır.[1][4]
Milli parkda 5 böyük kənd vardır: Kom, Tutuala, Mehara, Maupitine və Malahara. Keçmiş yaşayış məntəqələrinə Mua Mimiraka, Lo Çami və Lori Lata aiddir. Divarla əhatə olunmuş yaşayış məskənləri Tutuala, Lori Lata, Lopomalay, İli Mimiraka, Mua Mimiraka və Tutundur. Lauten dairəsində İralaloro gölü yerləşir.
Milli parkın quru hissəsində 200 quş növü yaşayır. Onlardan yaşıl göyərçin (Treron psittaceus) və sarı təpəli kakadunun (Cacatua sulphurea) nəsli ən təhlükədə olanlardır.[1][5] Milli parkda 10 endemik quş növü aşkarlanmışdır. Təhlükədə olan növlər Bird Life International tərəfindən müəyyən olunmuşdur.