Nino Quqerendze

Nino Quqerendze (15 oktyabr 2000, Gürcüstan) — Gürcüstan əsilli Azərbaycanın Qadınlardan ibarət U17 və U19 yaş qrupu üzrə millisində çıxış etmiş peşəkar futbolçu. Hücumçu mövqeyində çıxış edən Nino Quqerendze, Gürcüstanın peşəkar "Qızlar Liqası"nda çıxış edən "Martve" klubunda forma geyinirdi. 2020-ci ildə "Xərçəng" xəstəliyi səbəbiylə dünyasını dəyişdi. [1][2]

Nino Quqerendze
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Gürcüstan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Gürcüstan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Mövqeyi Hücumçu
Karyerası
Gənclik karyerası
2015–2016 Zaqatala
Klub karyerası[* 1]
2016 Venados ? (?)
2016·2017 Martve ? (?)
Milli yığma[* 2]
2015–2016 Azərbaycan U17
2017 Azərbaycan U19

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı və Karyerası

[redaktə | mənbəni redaktə et]

15 Oktyabr 2000-ci ilində anadan olan Nino Quqerendze, ehtimal ki, futbolun sirrlərini Azərbaycanın "Zaqatala" klubunda öyrənməyə başladı. [3]

2016-cı ildə isə, "Zaqatala"dan ayrılaraq legioner həyatı yaşamağa başladı. O, 1 iyul 2016-cı ildə "Venedos" klubu ilə müqavilə bağladı. [4] Keçid etdiyi sezon çempion olduqdan sonra, 2016-cı ildə klubunu dəyişərək Gürcüstanın "Martve" klubuna transfer oldu. [5] Bu klubda da uğurlu çıxış edərək çempionluq əldə etdi. [6] Belə ki, 2017-ci ildə yenidən ölkə çempionu olmuşdur. Bununla da çempionluq sayı 2-yə qalxmışdır. [7][8]

Çempionlar Liqası

[redaktə | mənbəni redaktə et]

2016-ci ildə Gürcüstandaki çempionluqdan sonra, 22 Avqust 2017-ci il tarixində, "UEFA Qadınlar Çempionlar Liqası" turniri çərçivəsində, Türkiyənin "Konak" klubu ilə qarşılaşmada əsas heyətdə yer almışdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Nino, meydanda sona qədər mübarizə aparmışdır, əvəzlənməmişdir. [9] 2017-ci ilin 28 avqust tarixində isə, UEFA Qadınlar Çempionlar Liqası oyunu çərçivəsində Slovakiyanın "Partizan" klubuna qarşı oyunda çıxış etmişdir. [10] Gurgerendze ümumən 3 dəfə bu turnirdə iştirak etmişdir. Lakin klubun zəif çıxışı nəticəsində, qrupda sonuncu oldular.

Xəstəlik dövrü

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə xəstəliyi səbəbiylə karyerasını bitirmək məcburiyyətində qaldı. [11] 2019-cu ildə vəziyyəti ağırlaşmağa başladı. [12] Həmin dövrdə Almaniyada bahalı əməliyyat üçün, adına pul yığılsın deyə xüsusi font açıldı. Həmçinin Gürcüstanın kişilər üzrə milli yığmasında çıxış edən peşəkar futbolçu Jano Ananidze onun xərclərini ödədi. [13]

22 iyul 2020-ci ildə Azərbaycanın qadınlardan ibarət U19 Millisinin baş məşqçisi Vüqar Əsgərli qohumlarıyla əlaqə yaratdı. Onda artıq vəziyyəti ağırlaşmışdı. [14]

25 iyul 2020-ci ildə isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Nino Quqerendzenin vəfat xəbərini verdi. [15][16]

Milli Karyerası

[redaktə | mənbəni redaktə et]

O 2015-ci ildə U17 yaş qrupu üzrə Azərbaycan yığmasına dəvət almışdır. [17] 2016-də ilə qədər 17 yaşlılar üzrə komandada çıxış etdikdən sonra U19 millisinə dəvət almışdır. [18]

  • Venedos FK
    • Gürcüstan Qızlar Liqası: Çempion (1): (2015/2016 )
  • Martve FK
    • Gürcüstan Qızlar Liqası: Çempion (1): (2016/2017)
  1. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  2. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  3. https://azertag.az/xeber/azerbaycan_millisinin_telim_mesq_toplanisina_23_futbolchu_celb_olunub-856740
  4. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  5. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  6. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  7. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  8. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  9. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  10. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  11. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  12. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  13. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  14. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  15. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  16. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.
  17. https://azertag.az/xeber/azerbaycan_millisinin_telim_mesq_toplanisina_23_futbolchu_celb_olunub-856740
  18. "Arxivlənmiş surət". 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-14.