Nippon dioskoreyası

Nippon dioskoreyası (lat. Dioscorea nipponica) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.

Nippon dioskoreyası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Dioscorea nipponica

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ikievli ot bitkisi — lian olub, gövdəsinin uzunluğu 4 m-ə qədər, kökümsovları isə üfüqi, 2-3 sm diametrlidir. Çiçəkləri qəhvəyi-qonur olmaqla, kökləri sərtdir. Yarpaqlarının uzunluğu 6-12 sm, növbəli, saplağı geniş yumurtaşəkilli, ürəkvari əsasa malik olmaqla, 3-7 pərlidir. Yarpaqları dəricikli və qövsşəkilli damarlanmaya malikdir. Çiçəkləri bircinsli, ikievli, kiçik, tutqun-yaşıl rənglidir. 3-7 yarımçətir və qoltuq tumurcuqları olan çiçəkləri, dişicikli çiçəklərinin sadəcə fırçaları toplanılır. Meyvələri 3 yuvalı qutucuqda yerləşir. İyul-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında isə toxumları yetişir.

Kökümsovların uzunluğu 30 sm, diametri isə 2 sm, silindrik, azacıq bükük və ya həddindən artıq burulmuş, budaqlanmayan, zəif uzununa-qırışıq olub, xarici qatı nazik mantar qatından ibarətdir. Yuxarı tərəfdəki kökümsovları liflərdən təşkil olunmuşdur. Kökümsovları bir neçə saylı elastiki nazik olmaqla, uzunluğu 40 sm, əlavə köklərin diametri isə 1 mm-ə bərabərdir. Kökümsovları düz, bərabər, ağ və ya abı rəngində olur. Yuxarı kökümsovları açıq-qəhvəyi və ya sarımtıldır. Zəif iyli, spesifik acı dadlı olub, azacıq yandırıcıdır. Enliyarpaqlı meşələrdə, xüsusən yanğın olmuş meşələrdə, daha tez inkişaf edir.

Keyfiyyətli xammal kimi kökümsov və kökləri toplanılır. Primorye vilatətində yay-payız aylarında yetişmiş toxumları toplanılır. Pöhrələri və bütünlüklə yeraltı orqanları qiymlətli xammal hesab olunur. Xammalın düzgün tədarükündən 20 il sonra ekosistem bərpa oluna bilir. Bütün vegetativ dövrlərdə (aprelin sonundan payızın sonuna qədər) çoxillik yabanı və mədəni bitki olan nippon dioskoreyanın kökümsovları, kökləri, gövdələri toplanılır, təmizlənir və keyfiyyətli dərman bitkisi xammalı kimi istifadə edilir. Kökümsov və köklərin çardax altında qurudulması keyfiyyətli xammala zəmanət yaradır. Qurudulma açıq havada və yaxşı ventiliyasiyalı yerlərdə aparılmalıdır. Yaxşı olar ki, sünı qurudulma 800C temperatur şəraitində "BO" aparatında nazik qatla (10sm) sərilməklə aparılsın. Optimal temperatur və ya 50°С-də quruducu şkafda qurudulmalıdır. Xammalın keyfiyyəti yaxşı qurudulmasından daha çox asılıdır.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökümsov və köklərində 8% steroid saponinlər, başlıca komponent olan diosçin (1,2%) vardır.

Steroid saponinlər ateroskleroz, arterial hipertenziya və qıcolmanın qarşısının alınmasında yaxından iştirak edir.

Kökümsov və köklərindən polisponin preparatı alınır. Bu preparat xolesterinin miqdarını azaldır.

Furostanol qlükozidlər ən azı 3%, rütubət 13%, kül 3,5%, yarpaq və digər hissəcikləri 1%, üzvi maddələri 0,5%, mineral maddələri isə  0,5%-dən çox deyildir.