Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah.
İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud "Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı.