Nisbi ünvan

Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.