Nitratlar — minerallar, azot turşusunun (HNO3) duzları. Quruluş və bəzi xassələrinə görə (məsələn: ikiqat şüasındırma) karbonatlara yaxındır. Bəzən nitratlar həmin sinfə daxil edilir. Nitronatritlə kalsit, nitrokalitlə araqonit arasında müşahidə edilən izotipiya bu qohumluğu aydın göstərir. Lakin olduqca güclü turşu duzları kimi, bir sıra xassələrinə (xüsusən yüksək həllolma və aşağı sərtlik), həmçinin mənşəyinə görə nitratlar karbonatlardan kəskin fərqlənir. Nitratlar məhz ekzogen proseslər zamanı, adətən, üzvü qalıqların parçalanması və bakteriyaların fəaliyyəti nəticəsində əmələ gəlir. Şimşək çaxdıqda elektrik boşalmaları nəticəsində NO2 əmələ gəlməsi də ehtimal edilir. Nitratlar olduğca dayanıqsız olub yalnız quru iqlim şəraitində rast gəlir. Ən güclü əsasların (Na və K) nitratları daha səciyyəvidir.
Nitratlar | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | NO₃⁻[1] |
Molyar kütlə | 0 kq[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 14797-55-8 |
PubChem | 943 |
ChEBI | 17632 |
ChemSpider | 918 |