Niyaz Cahangirov

Cahangirov Niyaz Məhəmməd oğlu (1934, Tuğ2010, Bakı) — ictimai, siyasi xadim

Niyaz Cahangirov
Niyaz Məhəmməd oğlu Cahangirov
Doğum tarixi 1934
Doğum yeri
Vəfat tarixi 2010
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti İctimai, siyasi xadim

Həyatı[redaktə | mənbəni redaktə et]

Niyaz Cahangirov 1934-cü ildə Qarabağın ən qədim kəndlərindən biri olan Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. N. Tusi adına Azərbaycan dövlət Pedeqoji institutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Qarabağa qayıtmış və pedeqoji fəaliyyətə başlamışdır. 1964-1991-ci illərdə Tuğ kənd məktəbində direktor olmuşdur. 1991-1993-cü illərdə Tuğ ərazi icra hakimiyyətinin başçısı, 1993-2007-ci illərdə isə Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini işləmişdir.

Dəfələrlə Dağlıq Qarabağ Muxtar vilayətində Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Uzun illər rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Niyaz Cahangirov 1963-cü ildə Tuğ kənd məktəbinə direktor təyin edilənə kimi 30 il müddətində (1934-1964) məktəb ermənilərin rəhbərliyi altında olmuşdur.[1] Onların yarıtmaz fəaliyyəti nəticəsində məktəbdə təhsilin səviyyəsi çox aşağı düşmüşdür. N.Cahangirovun şəxsi səyi nəticəsində məktəbdə təhsilin səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmiş və hər il məktəbi bitirənlərin 60-70 faizi tələbə adını qazanmışdır.

Tuğ kənd orta məktəbi özünün ikinci ömrünü 1978-ci ildən yaşamağa başladı. O dövrlərdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz. Niyaz Cahangirovun kənd məktəbinin yenidən qurulması təşəbbüsü ilə müraciəti, Ulu öndər Heydər Əliyev tərəfindən müsbət qarşılandı və Onun sərəncamına əsasən 1975-1978-ci illər ərzində Tuğ kəndində 640 yerlik ikimərtəbəli müasir tipli məktəb binası inşa edildi.

Qarabağ hadisələri başlayarkən Tuğ ərazi icra hakimiyyəti yaradılır və Niyaz Cahangirov icra başçısı təyin edilir. Onun fəaliyyəti erməni millətçilərinin planlarına qarşı çevrildiyindən ermənilər N. Cahangirovu fiziki olaraq məhv etməyə çalışırdılar. Bu məqsədlə onun həyatına dəfələrlə sui-qəsd təşkil edilsə də ermənilərin məqsədi baş tutmadı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xocavəndin 125 yaşlı Tuğ məktəbi". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-06.