Nizami Əyyubov

Nizami Hacı oğlu Əyyubov — alim, coğrafiya elmləri namizədi, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin müdiri (1986-cı ildən).[1]

Nizami Əyyubov
Nizami Hacı oğlu Əyyubov
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi coğrafiya
Elmi dərəcəsi elmlər namizədi
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Həyatı və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nizami Əyyubov 1950-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. İkinci Şıxlı Kənd orta məktəbini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsini bitirmişdir.[1]

1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır.

1977-1981-ci illərdə həmin institutun qiyabi aspiranturasında təhsil almış və 1983-cü ildə Tbilisi Dövlət Universitetində "Azərbaycanın Kiçik Qafqaz hissəsində əhalinin məskunlaşmasının təkmilləşdirilməsinin sosial-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır.[1]

1986-cı ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin rəhbəridir. 80-dən çox elmi məqalənin, bir monoqrafiyanın, bir dərsliyin, bir coğrafi kitabın, coğrafiya proqramının müəllifi və bir sıra əsərlərin elmi redaktorudur.

Nizami Əyyubovun rəhbərliyi ilə iki nəfər namizədlik dissertasiyasını müdafiə etmişdir.

  1. 1 2 3 Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. (az.)
  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.