Nizami Abdullayev

Nizami Abdullayev (17 iyul 1951, Qaryagin) — Azərbaycan müğənnisi, Azərbaycanın əməkdar artisti (2018).

Nizami Abdullayev
Nizami Ağabala oğlu Abdullayev
Ümumi məlumatlar
Doğum tarixi 17 iyul 1951(1951-07-17) (73 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1963-cü ildən
Janrlar xalq musiqisi, muğam

Abdullayev Nizami Ağabala oğlu 17 iyul 1951-ci ildə Füzuli şəhərində, Azərbaycanın görkəmli xanəndəsi Ağabala Abdullayevin aliləsində anadan olmuşdur. 1958–1968-ci illərdə orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində də təhsil almışdır. Nizami Abdullayev sənətə gəlişini belə xatırlayır: "Mən muğamın sirlərini atamdan öyrənmişəm, xeyir-duanı isə Seyid Şuşinski vermişdir. 1963-cü ildə dədəmin ustadı Seyid Şuşinski bizə qonaq gəlmişdi. Xoşbəxtəm ki, Seyid Şuşinski kimi bir şəxsiyyətlə ünsiyyətdə olmu-şam, onun qulluğunda durmuşam. Dədəm ona Həmişə "Ağa", "Ustad" deyə müraciət edərdi. Ağaya təzə dəmlənmiş samovar çayı gətirdim. Elə bu zaman dədəm ustada söylədi ki, Ağa, bir nökərin var ona qulaq asarsanmı? -Kimdir о? -Bizim Nizamini deyirəm, Həm də yaxşı tar zalır. Tez tarı gətirib köklədim, dedim, dədə, nə oxuyum? Dədəm soruşdu: -Ağa nə oxusun? Seyid qayıtdı ki, elə atasının "Zabul"unu oxusun. Baxdım dədəmin üçünə, dedi bir "Segah" oxu. Özüm zaldım, özüm oxudum. Ardınca da dədəmin məşhur "Nə var könlündə, kön-lündə" mahnısını. Bir anlıq sükutdan sonra Ağa dədəmə dedi: -Sənin uşaqlıq səsindi. Bunun gələcəyi uğurlu olacaq, sənin yolu-nu bu davam etdirəcək. Seyid Şuşinskinin xeyir-duasından sonra Nizami Abdullayevin musiqiyə, muğama olan həvəsi birə-beş artmş, öz üzərində daha çox zalışmağa başlamışdır.

1968-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsinə daxil olmuş, 1973-cü ildə həmin institutu bitirərək Hərbi xidmətə yollanmışdır. 1974-cü ildə Hərbi xidməti başa vuran Nizami Abdullayev zabit rütbəsi ilə tərxis olunmuşdur. 1975-ci ildə "Zabul" instrumental ansamblını yaratmış və ona rəhbərlik etmişdir. 1975–1977-ci illərdə keçirilən müsabiqədə respubli-ka üzrə birinci yerə zıxmış, "Qızıl medal"a layiq görülmüşdür.

О,1992–1996-cı illərdə Füzuli rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Nizami Abdullayev müxtəlif ölkələrdə qastrol səfərlərində olmuş, Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etmişdir. Təkcə Dani-markada "Qarabağ ocağı" ansamblı ilə 8 şəhərdə bir-birinin ardınca 32 konsert vermişdir. Qarabağ müharibəsi başlayandan tez-tez cəbhə böl-gələrində konsertlər vermiş, əsgərlərimizin döyüş əfval-ruhiyyəsinin artmasına köməklik etmişdir. Bu cür xidmətlərinə görə Müdafiə Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür. 1991-ci ildə ilk xeyriyyə konserti verən Nizami Abdullayevin xeyriyyə konsertlərinin sayı 200-ü ötmüşdür.

19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülüb.[1]

Ailəlidir, beş övladı var.

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 19.09.2016. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.