Nizami Qafarov

Nizami Qafarov- (11 iyun, 1985 , Bakı) – sumo güləşi üzrə 2007-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən Avropa oyunlarının (1st European Games of Non-olympic sports 2007) qalibi , kəmər güləşi (belt wrestling) üzrə 2009-cu ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən Dünya birinciliyinin bürünc mükafatçısı , Grappling güləşi üzrə 2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən Avropa birinciliyinin bürünc mükafatçısı

Nizami Qafarov
Nizami Rafiq oğlu Qafarov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Azərbaycan Memarlıq və İnşaat Universiteti , Azərbaycan Dövlət İqtisad Universiteti
Boyu 179 sm
Çəkisi 115 kq
İdman növü Grappling,Sumo,Kəmər güləşi,Yunan-Roma güləşi

Nizami Rafiq oğlu Qafarov 1985-ci il , 11 iyun tarixində Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhərində yerləşən 252 saylı orta məktəbi bitirmişdir.
2005-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Azərbaycan Dövlət Neft Akademiyası) Neft-qaz çıxarma sənayesinin menecmenti ixtisasını bitirib.
2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisi ixtisasını bitirib.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA üzrə magistr pilləsini ingilis bölməsi üzrə fərqlənmə diplomu ilə bitirib.
2005–2006-cı illərdə N saylı hərbi hissənin kəşfiyyat bölüyünün manqa komandiri olaraq hərbi mükəlləfiyyətini yerinə yetirmişdir.

Nizami Rafiq oğlu Qafarovun fəaliyyəti paralel 2 istiqamətdə — idman və korporativ istiqamətlərdə formalaşmışdır.
İdman fəaliyyəti- İdman ilə məşğul olmağa 2001-ci ildə Universitetə daxil olduqdan sonra başlamışdır.Yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyinin dəfələrlə qalibi və mükafatçısı , Azərbaycan birinciliyinin dəfələrlə mükafatçısı, 2005-ci ildə keçirilən Azərbaycan Silahlı Qüvvələri birinciliyinin qalibi olmuşdur. Sərbəst güləş üzrə böyüklər arasında Bakı şəhər birinciliyinin qalibi və Respublika birinciliyinin bürünc mükafatçısı , Sambo güləşi üzrə böyüklər arasında Respublika birinciliyinin bürünc mükafatçısı olmuşdur.
2007 , 2008 , 2009, 2010-cu illərdə sumo güləşi üzrə Azərbaycan birinciliklərinin 115 kq çəki dərəcəsində qalibi olmuşdur.
2019-cu ildə Grappling güləşi üzrə 100 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.
2024-cü ildə Grappling güləşi üzrə 100+ kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.
2007-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən Avropa oyunlarının (1st European Games of Non-olympic sports 2007) sumo güləşi üzrə 115 kq çəki dərəcəsində qızıl medalını qazanmışdır.
2009-cu ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən kəmər güləşi üzrə Dünya birinciliyinin 100 kq çəki dərəcəsində klassik və kuraş növü üzrə 2 ədəd bürünc medalını qazanmışdır.
2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən Grappling güləşi üzrə Avropa birinciliyinin 130 kq çəki dərəcəsində bürünc medalını qazanmışdır.
Korporativ idarəetmə fəaliyyəti- 2007-ci ildən əsasən Tikinti sektorunda olan ölkədaxili və beynəlxalq layihələrdə idarəçi olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda "CREDIBLE-ECPMO" MMC-də şirkətin direktoru olaraq fəaliyyət göstərir.

  1. https://uww.org/event/senior-u20-u17-european-grappling-championships/medal-summary
  2. https://azertag.az/en/xeber/azerbaijani_sumo_wrestler_grabs_gold_medal_at_first_european_sport_games-567966
  3. https://web.archive.org/web/20071102232707/http://www.kmu.gov.ua/sport/control/uk/publish/article?art_id=79459&cat_id=74668
  4. http://www.sporta-klubi.lv/rus/galerei/pasaules-cempionats-jostu-cina-2009-uzbekistan-taskent-22-26-10.html
  5. https://azertag.az/xeber/sumo_uzre_birinci_azerbaycan_chempionatinin_qalibleri_melum_olmusdur-376889
  6. https://xeber.azeri.net/idman/sumo-cempionati-basa-catib
  7. https://azertag.az/xeber/bakida_sumo_ve_cudo_uzre_birinci_beynelxalq_festival_basa_chatmisdir-439505
  8. https://sumo.az/result/az-rbaycan-cempionatlari/

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]