Nizami Tağı oğlu Məmmədov; d. 24 may 1950, Ucar rayonu, Yuxarı Şilyan) — ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim.
Nizami Məmmədov | |
---|---|
Nizami Tağı oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Şilyan, Ucar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
Elmi adı | Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi |
İş yeri | Bakı Slavyan Universiteti |
Təhsili | M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) |
Mükafatları |
Qızıl qələm (2010) Xalqın nüfuzlu ziyalısı (2011) Əməkdar müəllim (2017) |
Nizami Tağısoy 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur.
1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və Ədəbiyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir.
Kənd məktəbində işləyə-işləyə təhsil aldığı Institutun aspiranturasına («rus-sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olunmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil ala-ala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
1984-cü ildən Bakı Slavyan Universitetində (o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda) çalışır. Təhsil aldığı institutda laborantlıqdan professora qədər ziqzaqlı, çətin, lakin şərəfli elmi-pedaqoji yol keçmişdir.
Göstərilən dövrdən “XX əsr rus ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Tərcümə nəzəriyyəsi” fənlərindən rus və Azərbaycan bölmələrində mühazirələr oxuyur, kurs işləri, buraxılış işləri, magistr, doktorluq dissertasiyalarına rəhbərlik etmiş və etməkdədir.
1990-1992-ci illərdə doktoranturada nəzəri təhsilini davam etdirməklə “XX əsr rus poeziyasının Azərbaycan dilinə tərcüməsi problemləri (1920-1970-ci illər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş, 1992-ci ildə onu doktorantura müddəti başa çatmazdan öncə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.
1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor diplomu verilmiş və Bakı Slavyan Universitetinin professoru vəzifəsinə seçilmişdir.
1995-1997-ci illərdə Bakı Qızlar Universitetində (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası) «Azərbaycan dili və Ədəbiyyatı» kafedrasının müdiri, 1998-ci ildən 2010-ci ilin sonuna qədər Azərbaycan Beynəlxalq Universitetində əvvəl “Azərbaycan dili və Ədəbiyyat”, sonra «Rus dili və Ədəbiyyat» kafedralarının müdiri vəzifələrində çalışmışdır.
2011-ci ilin yanvarından bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsində baş elmi işçi kimi çalışmaqdadır.
Nizami Tağısoy pedaqoji işlə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislər, dərgilər, məcmuələr və qəzet səhifələrində 350-dən artıq müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Professor Nizami Tağısoyun elmi prioritetlərində tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünasların aktual problemləri, müasir ədəbi proses və s. istiqamətlər yer almaqdadır. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış bucağı ilə seçilir.
Professor Nizami Tağısoy qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türkləri, malkar, özbək, karaim, kumux, noğay, xəzər və d. türk qövmləri və xalqları ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir. Onun müxtəlif illərdə yazdığı dərslik, metodik və dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən bəyənilməkdədir. Tanınmış tədqiqatçı mütəmadi olaraq ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
Professor Nizami Tağısoy iki onillikdən artıqdır ki, türk xalqlarının folkloru, etnogenezi, epik təfəkkürü, klassik və müasir ədəbiyyatına dair dərslik üzərində işləyir. Bu əsərin çoxcildli nəşri nəzərdə tutulur.
Professor Nizami Tağısoyun nəzəri mülahizələri istər Azərbaycan-rus, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-qazax, Azərbaycan-qaraqalpaq ədəbi əldaqələri, istər müasir ədəbiyyatşünaslığın aktual problemləri, o cümlədən A.Blok, S.Yesenin, K.Simonov, V.Luqovskoy, A.Adalis, P.Antokolski, A.Tvardovski, S.Vasilyev, Azərbaycan ədəbiyyatından S.Vurğun, Mir Cəlal, İ.Əfəndiyev, S.Əhmədli, Elçin, Anar, A.Rəhimov, K.Abdulla, E.Hüseynbəyli, R.Rəvan, Ə.Əhməd, K.Kürqıraxlı, M.Dəmirçioğlu, F.Babanlı, Ş.Ağayar, Ə.Xələfli, Y.Nəğməkar, qaraqalpaq yazıçılarından T.Kaipbergenov, İ.Yusupov, qaraçay ədəbiyyatı nümayəndələrindən İ.Xubiyev, H.Bayramukova, qırğız ədəbiyyatından Ç.Aytmatov, tatar ədəbiyyatından Q.Tukay, qaqauz ədəbiyyatından M.Çakır, Q.Qaydarji və başqalarının yaradıcılığı ilə bağlı fikir və mülahizələri Azərbaycan ədəbi tənqidinin orijinal səhifələrindən hesab olunmaqdadır.
Nizami Tağısoy regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 25 ildən artıqdır ki zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycanda və Türkiyədə yaşayan Şilyan ellərinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.
Nizami Tağısoy haqqında məlumat “XX əsr Azərbaycan alimləri və maarifçiləri” bioqrafik kitabına daxil edilmişdir. O, “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” mükafatı laureatıdır. Nizami Tağısoy müasir ədəbi tənqidimizin müxtəlif tərəflərini çevrələyən məqalələrlə mütəmadi olaraq dövrü mətbuatda çıxışlar edir.
Professor Nizami Tağısoy hazırda Bakı Slavyan Universitetinin «Azərbaycan ədəbiyyatı» kafedrasında elmi-pedaqoji və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsində elmi fəaliyyətlə yanaşı, folklorşünaslığın, türkologiyanın, ədəbiyyatşünaslığın və müasir ədəbi tənqidin müxtəlif problemləri ilə məşğul olur.
1. XX əsr rus poeziyası Azərbaycan tərcümələrində. Bakı, 1992, 134 s. – rus dilində;
2. Qazax ədəbiyyatı. Bakı, 1993, 70 s. – rus dilində;
3. Əslin milli özünəməxsusluğu və tərcümə. Bakı, 1998. - 68 s. – rus dilində;
4. Poetik tərcümə. Bakı, 2001, 245 s. – rus dilində;
5. Qaraqalpaq ədəbiyyatı. Bakı, 2007, 296 s. – rus dilində;
6. Qaraqalpaq ədəbiyyatı. Bakı, 2015, 456 s. – Azərbaycan dilində;
7. Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində, 2017, 272 s.
8. Koblandı-Batır (qazax xalq qəhrəmanlıq dastanı), Bakı: “Elm və təhsil”, 2017, 316 s.
9. Мой Азербайджан. Bakı, “Elm və təhsil”, 2018, 128 s
10.Alaş-Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti. Bakı, “Şərq-Qərb”, 2018, 136 s.
1. Səməd Vurğun dramaturgiyası rus dilində. (Bakı, 1999, 132 s. – rus dilində)
2. Nəsrin axarı: zaman və məkan konteksti. Bakı, 2008, 152 s.
3. Şilyan: özü, sözü – çeşmənin gözü. Bakı, 2009, 172 s.
4.Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər. Bakı, 2009. – 76 s.
5. Etnos və epos: keçmişdən bugünə. Bakı, 2010, 372 s.
6. Meyxanənin poetikası. Bakı, 2011, 432 s.
7. Qaraçay ədəbiyyatı. Bakı, 2016, 312 s.
8. Elçinin "Baş" romani struktur-funksional təhlil müstəvisində. Bakı, "Təhsil". 2017, 272 s.
9. Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa. Bakı, “Şərq-Qərb”. 2019, 216 s.
10. Nəsimi dini fəlsəfi təlimində Haqqın və İnsanın dərki. Bakı, "Elm və təhsil", 2020, 168 s.
1. Пьеса С.Вургуна "Вагиф" на сцене Азерб. рус. драм. театра. VI Респ. науч. конф. асп. вузов Азерб. - Баку, 1983, с. 280-281.
2. Русские переводы пьесы С.Вургуна «Фархад и Ширин». VII Респ. науч. конф. асп. Азерб. - Баку, 1984, с. 255.
3. Пьеса С.Вургуна "Фархад и Ширин" на сценах русских театров. VIII Респ. науч. конф. асп. Азерб. - Баку, 1985, с. 204.
4. Рус.-азерб.-кие лит-ные взаимосвязи советского пе- риода. Язык.конт. и лит. связи. Респ. науч. конф. мол. ученых. - Баку, 1990, c. 38-39.
5. Верность воспроизвед. изобр.-выраз. средств в азерб. переводах. Респ. науч. конф. -Баку, 1992, 0,2 п\л.
6. Некоторые замечания по истории перевода в Азер- байджане. – Нясиряддин Тусинин 800 иллик йубилейиня щяср едилмиш республика елми конфрансынын материаллары 2-3 апрел. -Бакы, 2001, с. 36-39.
7. Роль проф. Г.Б.Бабаева в разработке проблем теории и практики худож. перевода. «Художественный перевод: теория, практика, преподавание. - Тезисы науч. метод. конф. БСУ. - Баку-2002, с.37-38.
8. Еще раз об истории перевода в Азербайджане. Azərb. Beynəlxalq Un-tinin 2001-ci ildə prof.- müəl. heyət. elmi tədq. işin. yekun. həsr olunmuş elmi konf. materialları. -Bakı, 2002, s.81-83.
9. Проф. Ф.Велиханова – исследователь русских переводов азербайджанской поэзии. ABU professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları. 23-24 aprel, 2003. – Bakı, 2003, s. 46-47.
10. Общие или сходные явления в эпосе индийского и тюркского народов / На материале индийского «Махабхараты» и каракалпакского «Кырк кыз». Сравнительное литературоведение. Материалы II международной конференции в БСУ. – Баку, Kitab aləmi, 2004, c.89-92.
11.Основные принципы перевода учебно-педагогической литературы – Международная конференция. Перевод и транснациональные процессы. 14-15 апреля 2005. Материалы. – Баку, 2005, с. 68-77.
12. Фольклорно-этнографические источники, структур- но-композиционные и идейно-художественные особенности ка- ракалпакского эпоса «Кырк кыз». BSU-nun illik elmi-tədqiqat işlərinə həsr olunmuş elmi konfransın materialları. – Bakı, 2003, s. 143-146.
13. Этапы работы переводчика над художественным тек- стом. Международная научная конференция. Проблемы совре- менного языкознания. – Баку, 18-19 мая 2005, с. 184-185.
14. Hettlər: dini, Allahlar panteonu, mərasimləri, mifləri və əfsanələri. – Beynəlxalq konfrans. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”. IV Uluslararası Folklor Konfransının materialları. – Bakı, 2006, s. 237-246.
15. Qaqauzların toy-düyün mərasimləri. Beynəlxalq konfrans. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” V Uluslararası Folklor konfransının materialları. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. – Bakı, 17-19 oktyabr, 2007, s. 434-437.
16. Şota Vodaçkoriyanın “Gürcüstanın siyasi fikrində gürcü-erməni münasibətləri məsələləri 1918-1920” kitabının Azərbaycan dilinə tərcüməsinin xüsusiyyətləri. Giya Paçxataşvili tərcüməsi. – Müasir dilçiliyin problemləri /Dil əlaqələri/. – II Beynəlxalq konfrans , 22-23 noyabr 2007-ci il. BSU. – Bakı, 2007, s. 209-212.
17. Творчество С.Васильева во взаимосвязях с азербай- джанской литературой. Взаимодействие и взаимопроникновение языков и культур! Состояние и перспективы. Материалы международной научной конференции. г. Минск, 20-22 марта 2008. В двух ч., часть 1 – Минск, 2008, с. 206-207.
18. Balkar-Qaraçay “Nart” qəhrəmanlıq eposu // Digər Qafqaz xalqlarının “Nartları” ilə oxşar və fərqli məqamları // Müqayisəli ədəbiyyat. III Beynəlxalq elmi konfransın materialları. 21-22 noyabr, 2008. BSU. – Bakı, 2008, s. 153-154.
19. Bədii tərcümə üslubi ekvivalentlik kontekstində (Kamal Abdullanın «Sehrbazlar dərəsi» romanının rus tərcüməsi) // Azərbaycanşünaslığın aktual problemləri. II Beynəlxalq elmi konfransın materialları. II hissə. 4-7 may 2011. – Bakı – Gənclik. – s. 134-138.
20. Роман Ф.М.Достoевского «Братья Карамазовы»: особенности перевода на азербайджанский язык. – Диалог языков и культур СНГ и ШОС в XXI веке. Сборник материалов VI международного форума. Г.Баку, 8-11 ноября . Часть II. М., ИПК МГЛУ «Рема», 2011, s.236-247
21. Yunus Əmrə yaradıcılığı rus ədəbiyyatşünaslığında”.Böyük türk şairi Yunus Əmrənin yaradıcılığına həsr olunmuş “Yaşayan Yunus Əmrə” Beynəlxalq konfransının materialları. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Türk Cümhuriyyətinin Bakıdakı səfirliyinin kültür və tanıtma müşavirliyi, TİKA Yunus Əmrə Türk kültür mərkəzi, Bakı, “Elm və təhsil” (9 dekabr 2013-cü il), 2013, s.653-661.
22. Использование фольклора этнографических источников и исторических фактов в разработке сюжетно-композиционной структуры трилогии Т.Каипбергенова «Дастан о каракалпаках». – Müqayisəli ədəbiyyat: ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif dədbiyyat və tarix arasında. Bakı, 20-21 dekabr, 2013, s. 93.
23. Об отношении советских идеологов фольклорно- литературным ценностям народа. – 8 – ТН INTERNATIONAL symposium. National literatures and the proqess of kultural Clobalization. TSU shota Rustaveli Institute og Georgian literature, 2014 s., s.532-540.
24. “Koblandı-batır” - qazax xalqının möhtəşəm epik nümunəsi kimi. Azərbaycanşünaslığın aktual problemləri. Ümumilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Vİ Beynəlxalq elmi konfransın materialları. II hissə. 5-7 may 2015. Bakı, Azərbaycan, s.250-252
25. Некоторые замечания о переводах дастана «Кырк кыз» на другие языки. Устное народное творчество в системе национальных и общечеловеческих ценностей. Материалы международной конференции. 26-27 ноября 2015, Нукус, 2015, с. 34-35.
26.Qaraçay şifahi xalq yaradıcılığının janr təsnifatı. Müqayisəli ədəbiyyat və mədəniyyət: ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları. Beynəlxalq konfrans. BSU. Bakı, 27-28 noyabr, s.72.
27. Qaraqalpaq folklorunun təşəkkülü və inkişafının bəzi fraqmentləri. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri”. Beynəlxalq elmi konfransın materialları. 1-2 dekabr, Bakı, 2015, s.118-122.
28. Amerikalı müəllif ermənilər və türklər haqqında. III Uluslararası İlkadım Sepozyumu: Tarihte Ermeniler ve Ermeni Meselesi (16-18 dekabr, 2015). Türkiye Respublikası, Samsun.
29. Qaraqalpaq dastanları:motivlər, problemlər, qəhrəmanlar. “Kitabi-Dədə Qorqud” və “Türk dünyası” “KQD”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq Elmi konfransın materialları.BDU. 29 dekabr 2015, s.407-411.
30. Пути развития каракалпакской драматургии и театра. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XV elmi-praktiki konfransın materialları. ADMİU. Bakı, 2 may , 2016, s.301-303.
31. Əcnəbi müəlliflər türklər və ermənilər haqqında // Ulu öndər Heydər Əliyev irsində multukultural və tolerant dəyərlər. Beynəlxalq Elmi Konfransın materialları. 3-5 may 2016, II hissə , Bakı 2016, s.218-222.
32. Dövlət-din münasibətləri və multukultural yanaşma. Azərbaycan multukulturalizmi: din və dövlət siyasətinin inkişaf perspektivləri. Beynəlxalq konfrans. Materiallar toplusu. Bakı, 8-9 sentyabr, 2016. Bakı, 2016, s. 320-323.
33. Лиро-эпическая поэма «Козы-Корпеш и Баян-Слу» (ногайский и казахский варианты // Ногайцы: XXI век. История. Язык. Культура. От истоков-к грядущему. Материалы Второй Международной научной практической конференции. Черкесск, 12-13 октября 2016, с. 310-313
34. Muxtar Auezov. Yasa bürünmüş gözəl. Tərcümə “Azərbaycan” jurnalı, 2017, № 7-8, 84-91
35. Лиро-эпическая поэма «Козы-Корпеш и Баян-Слу» (ногайский и казахский варианты // Ногайцы: XXI век. История. Язык. Культура. От истоков к грядущему // [1]
36. Краткий взгляд на творчестве Бердаха и переводы его произведений в переложении Гусейна Арифа // Классическая литература и вопросы духовного обновления общества //[2]
37. Məhtimqulu, Vaqif və Hacıniyaz poeziyasının motiv, mövzu və obrazları müqayisəli-tipoloji təhlil kontekstində[3]
38. Hacıniyaz yaradıcılığının XIX əsr qaraqalpaq poeziyasına təsiri // Azərbaycan Respublikasının Təhsil Nazirliyi ADMİU. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XVIII Beynəlxalq Elmi-praktik konfransın materialları. Bakı, 2019, s. 132-135
39. Qloballaşma və klassik irs: Vaqif və Hacıniyaz poeziyasına müqayisəli yanaşma // Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası // Beynəlxalq Elmi konfrans Məruzələrin tezisləri. Bakı, 6-8 may 2019-cu il. Bakı, 2019, s. 118-119
40. Нравственно-художественный мир Мустая Карима. Феномен Мустая Карима и глобальный ХХ век: национально-духовная культура в мировом контексте (к 100-летью со дня рождения народного поэта Башкорстана Мустая Карима) // Сборник материалов Международной научно-практической конференции. Уфа, 30 октября, 2019. Уфа; РИЦ Башгу. 2019, с. 179-183 (288 с.)
41. Qaraqalpaq poeziyasının klassiki (Hacıniyazın yaradıcılıq yolunun müxtəsər cizgiləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri // XI Beynəlxalq elmi kofransın materialları. 7-8 may, 2020. Bakı, “Mütərcim”, 2020, s. 220-223
42. “Abay” faciəsinin dörd redaksiyası və pyesdə tarixi şəxsiyyət probleminin fərdi həlli // AR Təhsil Nazirliyi BSU Filologiya və xarici dil müəllimliyi fakültəsi // “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” // Beynəlxalq elmi-praktik onlayn konfransın materialları. 24 dekabr 2020-ci il. Bakı, 2020, s. 358-362
43. Репрессированные казахские писатели – цвет национальной культуры // Башкирский язык в образовательном пространстве Республики Башкортостан и субъектов Российской Федерации БашГУФ-тет башкурдской филологии, востоковедения и журналистики // Сб. материалов Хl Всероссийской (с Международным участием) научно-практической конференции, посвященной 80-летию со дня рождения. Рафаэля Гайнетдиновича Азнагерова 12 февраля 2021 Уфа РИЦ БашГУ, 2021, с. 241-245
44. Современное состояние изучения азербайджанско-татарских литературных связей (на материале творчества Габдуллы Тукая). Габдулла Тукай в культурном пространстве ХХ-ХХl вв. Институт языка, литературы и искусства им. Г.Ибрагимова // Материалы международной конференции. 23 апреля 2021 г. Казань, 2021, с. 257-262.
45. Штрихи к портрету Ахмета Байтурсынулы. Просветитель, ученый, общественный деятель, оставивший значительный след в истории культуры родного народа. Əл-Фараби атындагы казак улттык университети Абайгылымы – зерттеу институту. Ахмет Байтурсынулынын 150 жылдыгына «Ахмет Байтурсынулы – казактын бас əдебиеттануысы» mövzulu elmi-nəzəri konfrans, Алмата, 31 март, 2022.
46. “Kitabi-Dədə Qorqud” Azərbaycan, Türkiyə və Türkmən ədəbiyyatşünaslığında (1917-1950-ci illər) V Uluslararası Dede-Korkut Türk Kültürü, Tarihi ve Edebiyatı Kongresi. 2-4 eylül, 2022. Ege Universiteti Türk Dünyası Araştırmaları Enstitüsü, Türkiyə. AMEA Folklor Enstutüsü (Azerbaycan), İksad Enstitüsü. Türkiyə İSBN: 978-625-8213-49-2; İzmir-Türkiyə, s. 308-314
47. Пересекающиеся паралелли (драмы Мухтара Ауэзова и Самеда Вургуна в сравнительно-сопоставительном плане). «Наследие Мухтара Ауэзова и мировая цивилизация». Международная научно-практическая конференция, посвященая 125-летию со дня рождения великого писателя, ученого, деятеля Ауэзова Мухтара Омархановича. 28 сентября, 2022. Алматы.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Tağısoy iki şeirlər və poemalar – «Axtaracaqsan məni» (Bakı, 2000), «Bəlkə dünya öz yolunu çaşıbdı» (Bakı, 2004) şeirlər və «Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya» (Bakı, 2008) — povesti ilə ədəbiyyatsevərlərlə görüşmüşdür. Şeir və poemalarının bir hissəsi şair-mütərcim Qiya Paçxataşvili tərəfindən rus dilinə çevrilərək oxuculara təqdim edilmişdir. Şeirlərindən bir neçəsinə Cavanşir Quliyev və Razim Paşayev kimi bəstəkarlar mahnı yazmışlar.
Nizami Tağısoy tərcümə nəzəriyyəsi və bədii tərcümə məsələləri ilə müntəzəm məşğul olan alimlərimizdəndir. O, Azərbaycan türkologiyasında ilk dəfə olaraq qıpçaq türklərindən olan qövmlərin folklor yaddaşına müraciət etmiş, «Qaraqalpaq xalq nağılları»nı (Bakı, 2006), . Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır Nizami Tağısoy digər müəlliflərlə (professor Rafiq Manafoğlu və professor Rüstəm Kamalla) birlikdə Azərbaycanda ilk dəfə olaraq «İzahlı tərcüməşünaslıq terminləri lüğəti»i, (Bakı, 2010, 164 s.) və qazax qəhrəmanlıq eposu «Koblandı-batır»ı (Bakı, "Elm və təhsil", 2017, 312 s.), "Muxtar Auezov. Yasa bürünmüş gözəl" . (Azərbaycan jurnalı, 2017, № 7-8. s.184-191), "Hacıniyaz. Şeirlər". Tərcümə edən: Nizami Tağısoy, Şəbnəm Məmmədli. (Bakı: "Elm və təhsil", 2020, 136 s.) hazırlayıb mütəxəssislərin və oxucuların müzakirəsinə vermişdir.
12. Türkmənlərin Novruz adətləri. “Xalq cəbhəsi” qəzeti, 2018, 17 mart, s.14[15]
13. XIX əsr Qaraqalpaq poeziyası: ənənəviliklə yenilikçilik kontekstində.“Bütöv Azərbaycan” qəzeti, 2018,14 iyun, s. 15[16]
14. Müasir noğay ədəbiyyatı: İsa Kapayev yaradıcılığına yığcam baxış. “Ədəbiyyat qəzeti”, 2018, 14 aprel, s. 13[17]
15. Muxtar Auezovun nəsr yaradıcılığı fraqmentar baxış kontekstində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. [18]
16. Muxtar Auezovun bədii yaradıcılıq ənənələrinin qazax ədəbiyyatına təsiri. Müqayisəli ədəbiyyatşünaslıq.[19]
17. Azərbaycan-özbək ədəbi əlaqələrinin Nəsimi fəzası. [20]
18. Deportasiya mövzusu qaraçay ədəbiyyatı kontekstində. [21]
19. Полноценный человек в философско-художественном и морально-нравственном понимании Абая Кунанбаева. [22]
20. Müasir özbək ədəbiyyatının klassiki Maqsud Şeyxzadə. [23]
21. Abay yaradıcılığı dünya ədəbiyyatşünaslığında və başqa dillərə tərcümə müstəvisində.[24]
22. Qazax yazıçısı Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” romanlar və esse kitabının Nəriman Əbdürrəhmanlı tərcüməsi ilə bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyində iştirak və çıxış. [25]