Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK)Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələrelmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Respublikası
Yaradılma tarixi 1992
Rəhbərlik
Famil Mustafayev
Rəsmi saytı aak.gov.az

Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir[1].

AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur.

Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur.

2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.

Komissiyada aşağıdakı ekspert şuraları fəaliyyət göstərir:

  1. Biologiya elmləri və aqrar elmlər üzrə ekspert şurası Coğrafiya üzrə ekspert şurası
  2. Fəlsəfə, pedaqogika, psixologiyasosiologiya elmləri üzrə ekspert şurası
  3. Filologiya elmləri üzrə ekspert şurası
  4. Fizikaastronomiya elmləri üzrə ekspert şurası
  5. Hüquq elmləri üzrə ekspert şurası
  6. İqtisad elmləri üzrə ekspert şurası
  7. Kimya elmləri üzrə ekspert şurası
  8. Riyaziyyatmexanika elmləri üzrə ekspert şurası
  9. Sənətşünaslıqmemarlıq üzrə ekspert şurası
  10. Tarixsiyasi elmlər üzrə ekspert şurası
  11. Texnika elmləri (informatikaenergetika sahələri) üzrə ekspert şurası
  12. Texnika elmləri (maşınqayırma və inşaat sahələri) üzrə ekspert şurası
  13. Tibbəczaçılıq elmləri üzrə ekspert şurası
  14. Yer elmləri üzrə ekspert şurası
  1. "Arxivlənmiş surət". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ali Attestasiya Komissiyasının rəsmi saytı