Nizami itburnusu

Nizami itburnusu (lat. Rosa nisami) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Statusu: NT.

Nizami itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə 110-190 sm hündürlükdə olan koldur. Tikanları bir formadadır və qaidə hissəsi genişdir. Yarpaqları tərs yumurtavarı və ya neştərşəkillidir. Yarpaqcıqlarının uzunluğu 3,5 sm-ə qə-dər, eni isə 2,5 sm-ə qədər ola bilir. Çiçək olan budaqlarda yarpaqlar uzunsov lansetşəkilli olub, enliləşmişdir. Bəzən bu yarpaqlar qulaqcıqlara malik olur. Çiçəkləri tək-tək, bəzən bir neçəsi bir yerdə toplanmışdır. Meyvəsi uzunsov olub 2-2,5 sm uzunluqda, 1,2-1,5 sm enində ola bilir, qırmızı rəngdədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İyul-avqust aylarında çiçək açır və meyvə verir. Orta dağ qurşağında, dağ meşələrində bitir. Xalq təbabətində istifadə olunur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

LerikDaşkəsən rayonları ərazisində təbii halda rast gəlinir. Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu — Yaldaşdağ; Gədəbəy rayonu), Naxçıvanın dağlıq hissəsi (Kükü, Biçənək kəndləri), Diabar (Kalaxan kəndi).

Orta dağ qurşaqlarının quru yamaclarında, meşə kənarlarında, kolluqlarda yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii ehtiyatı azalır. Əhali tərəfindən həddindən artıq toplanılması azalma tendensiyasını artırır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Meyvələrin intensiv toplanması və iqlim.

  1. The Plant List (ing.). 2010.