Nizar Sakit oğlu Məmmədov (18 iyun 1986, Bakı) — Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü[1], Respublika və Beynəlxalq müsabiqələr qalibi, Vera kubokunun qalibi,[2][3] İlin ən yaxşı rəssamı (2019).[4]
Məmmədov Nizar Sakit oğlu 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almışdır.
Nizar Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun oğludur.[5]
İlk əsərini 12 yaşında çəkib. Sinqapur, Kipr, Manej, Luvr muzeylərində, Şanxayda, ümumiyyətlə dünyanın 57-dən çox yerlərində sərgiləri təşkil olunub. Rəssamlıqda müəllimi Böyükağa Mirzəzadə və Davud Kazımov olub, ən böyük müəllimi isə özünün dediyinə görə atası, məşhur rəssam Sakit Məmmədovdur.[6][7][8]
O, həmçinin Sonun Başlanğıcı serialında baş rol "Mənsur" obrazını canlandırıb.
- 2004-cü ildə Türkiyədə "Yoxsulluğa qarşı" adlı beynəlxalq sərgi
- 2005-ci ildə Qalereya "1969"-da "İtaliya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi
- 2006-cı ildə Türkiyədə, Dəniz muzeyində "Beynəlxalq sərgi"
- 2007-ci ildə "Türkiyə-Azərbaycan rəssamlarının gözü ilə" sərgisi
- Qalereya "1969"-da "Gənc rəssamların sərgisi"
- 5 il "Azərbaycan rəssamlarının sərgisi" nin qalibi (2004, 2005, 2006, 2007, 2008-ci illər)
- "Gənc rəssamların sərgisi" (2004, 2005, 2006, 2007, 2008, 2010 2005 ,2006,2007-ci illər)
- Qalereya "1969"-da "Novruz bayramına həsr olunmuş sərgi"
- 2010-cu ildə Qəbələdə "I Beynəlxalq sərgi"
- 2010-cu ildə Sinqapurda, "Naveo" qalereyasında "Beynəlxalq sərgi"
- 2010-cu ildə Muzey mərkəzində "Səttar Bəlulzadənin xatirəsinə həsr olunmuş sərgi"
- 2011-ci ildə Mimar Sinan Güzel Sanatlar universteti "Keçmişdən gələcəyə" adlı simpoziumun iştirakçısı
- 2011-ci ildə Koreyada, Koreya müharibəsindəki iştirakın 60 illiyinə həsr olunmuş Beynəlxalq İncəsənət sərgisi
- 2011-ci ildə Novruz bayramına həsr olunmuş sərginin qalibi (qızıl medal)[9]
- 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Survive Azerbaijan" adlı sərgi
- 2012-ci ildə Sinqapur, Fullerton otelinin qalereyasında "Qızıl əjdahanın simfoniyası" adlı sərgi
- 2012-ci ildə Türkiyə, Sapancada "TURKSOY"-un təşkil etdiyi "15-ci rəssamlar görüşməsi"
- 2012-ci ildə Beynəlxalq İstanbul simpoziumu
- 2012-ci ildə Gürcüstan, Tiblisdə "Milli İncəsənət Muzeyi"-də Azərbaycan və Gürcü rəssamlarının birgə iştirak etdiyi "Xoş gəlmisən, Azərbaycan!" adlı sərgi
- 2012–2013-cü illərdə Hollandiyada Azərbaycan rəssamları sərgisinin qalibi
- 2013-cü ildə Londonda Beynəlxalq sərginin iştirakçısı[10]
- 2014-cü ildə Louvrda beynəlxalq sərginin iştirakçısı
- 2014-cü ildə Yaponiyada sərgi
- 2014-cü ildə Azərbaycan rəssamlarının sərgisi "Bakının işıqları" adlı sərginin qalibi (1-ci yer, qızıl medal)
- 2015-ci ildə Qəbələ beynəlxalq sərgisinin iştirakçısı
- Heydər Əliyevin 90 illik münasibətilə "Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin memarıdır" adlı rəsm müsabiqəsinin qalibi (1-ci yer, qızıl medal)
- 2016-cı il Tahtakuşlar Özel Etnoqrafiya Qaleresinin Selim Turan Sanat qaleresində sərgi
- 2016-cı il İspaniyada beynəlxalq sərgi
- 2016-cı il Rusiyada beynəlxalq festival (Vera kubokunun qalibi)
- 2017-ci ildə Beliçkada beynəlxalq sərgi
- 2017-ci ildə Londonda Azərbaycan rəssamlarının sərgisi
- 2017-ci ildə İstanbulda Heyder Əliyevin 94-cü il dönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı sərginin qalibi
- 2017-ci ildə Sinqapurda beynəlxalq sərgi
- 2017-ci ildə Lüksenburqda Azərbaycan rəssamlarının sərgisi
- 2018-ci ildə Dubayda beynəlxalq sərgi
- 2018-ci ildə Böyük Britaniya kraliçası || Elizabetin 75 illik yubileyi şərəfinə "Windsor" qəsrində keçirilən "Royal Windsor Horse Show" atıcılıq tədbirinin iştirakçısı (kraliçanın qarşısında rəsm şousu)
- 2018-ci ildə Azərbaycan Dövlət Sərhəd qoşunlarının fəxri fərmanı adına layiq görülüb
- 2018-ci il Koreyada beynəlxalq sərgi
- 2018-ci il Portuqaliyada beynəlxalq sərgi
- 2018-ci il İstanbulda beynəlxalq sərginin iştirakçısı və qalibi
- 2019-cu ildə Türkiyə-Azərbaycan qardaşlıq ödülü
- 2019-cu il İlin ən yaxşı rəssamı.