No Degree of Separation

No Degree of Separation (azərb. Ayrılıq yox dərəcəsində‎) — İtaliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.[1]

No Degree of Separation
2016 Avroviziya Mahnı Müsabiqəsi mahnısı
Ölkə İtaliya
Müğənni(lər) Françeska Mikyelin
Bəstəkar(lar) Keope, Fabio Qarqiulo, Federika Abbate
Sözləri Federika Abbate, Françeska Mikyelin, Norma Cin Martine
Final nəticəsi
Yeri 16-cı
Xalı 124
Xronologiya
Occidentali's Karma (2017) ►

Françeska Mikyelin "No Degree of Separation" mahnısının tamamilə italyan dilində səslənən versiyası Nessun grado di separazione ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ikinci yerə layiq görülmüşdür. Mahnı Avroviziya üçün seçildikdən sonra müsabiqə qaydalarına əsasən mahnı bir qədər qısaldılmış və eyni zamanda Mikyelinin və İtaliyanın RAI telekanalının birlikdə qərarı ilə mahnının kiçik bir hissə ingilis dilinə tərcümə edilmişdir. "No Degree of Separation" mahnısının musiqisi Keope, Fabio Qarqiulo və Federika Abbate, sözləri isə ifaçı Françeska Mikyelin və eyni zamanda Federika Abbate və Norma Cin Martineyə aiddir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Francesca Michielin all'Eurovision Song Contest" (italyanca). 15 Fevral 2016. 2016-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2016.
Əvvəlki:
Il Volo
"Grande Amore"
İtaliya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Françesko Qabbani
"Occidentali's Karma"