Françesko Qabbani (it. Francesco Gabbani; d. 9 sentyabr 1982, Karrara, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, 2016-cı ildə İtaliyanın Sanremo Musiqi Festivalında iştirakından sonra şöhrət qazanmışdır. 2017-ci ildə isə həmin festivalda qələbə qazanaraq, İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir.
Françesko Qabbani | |
---|---|
it. Francesco Gabbani | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Françesko Qabbani it. Francesco Gabbani |
Doğum tarixi | |
Doğum yeri | Karrara, İtaliya |
Vətəndaşlığı | İtaliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2000–h.h. |
Janr |
|
Musiqi alətləri | gitara, piano |
Albom şirkəti | BMG Rights Management |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ildə Françesko Qabbani Mira Leon ilə birlikdə "Filodoro" mahnısını ifa etmişdir. 2011-ci ildə ifaçının "Estate" və "Maledetto amore" sinqlları ilk dəfə təqdim edilmişdir. 2013-cü ildə o debüt albomunda yer alacaq "I dischi non si suonano" və "Clandestino" sinqllarını pərəstişkarlarına təqdim etmişdir. Debüt albom2014-cü ilin may ayında işıq üzü görmüşdür. Albom İtaliya albom siyahılarında 59-cu yerədək yüksələ bilmişdir.
2015-ci ildə Françesko Qabbani BMG Rights Management beynəlxalq albom şirkəti ilə anlaşma imzalamışdır. Növbəti il isə onun İtaliyanın məşhur Sanremo Musiqi Festivalında iştirak edəcəyi öz təsdiqini tapmışdır. İfaçının festivalda ifa etdiyi "Amen" mahnısı festivalın "yeni gələnlər" kateqoriyasında Françeskoya qələbə qazandırmış və eyni zamanda Mia Martini Critics mükafatı qazandırmışdır. Mahnı İtaliya hit paradlarında 14-cü yerədək yüksəlmişdir. "Amen" mahnısının da daxil olduğu ikinci studiya albomu Eternamente ora 2016-cı ilin fevral ayında işıq üzü görmüşdür. Albom İtaliya albom siyahılarında 18-ci yerə yüksəlməyə nail olmuşdur. Həmin ildə Françesko Poveri ma ricchi adlı İtalyan komediya filminə soundtrek yazmışdır. Həmin mahnı ("Foglie al gelo") 2016-cı ilin dekabr ayında təqdim edilmişdir.
Françesko Qabbani 2016-cı ildə Sanremo Musiqi Festivalında qazandığı uğurlu nəticənin ardınca 2017-ci ildə festivala geri dönüş etmişdir. İfa etdiyi "Occidentali's Karma" adlı mahnı ilə ikinci dəfə ölkənin ən böyük musiqi festivalında əsas kateqoriya üzrə qələbə qazanmışdır. Bu qələbənin ardınca İtaliyanın RAI telekanalı Françesko Qabbaninin "Occidentali's Karma" mahnısı ilə İtaliyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır[1]. İtaliyanın "Böyük Beşlik" ölkələrindən biri olması səbəbi ilə Françesko birbaşa olaraq müsabiqənin final mərhələsindən mübarizəyə qoşulmuşdur. Müsabiqədə qalibiyyətə əsas favorit kimi göstərilməyinə baxmayaraq, finalda Françesko 334 xalla 6-cı yerə layiq görülmüşdür.
Avroviziya ərəfəsində Françeskonun Magellano adlı üçüncü studiya albomu işıq üzü görmüşdür. Albomda yer alan mahnılardan biri də məhz ifaçının Avroviziya mahnısı olan "Occidentali's Karma" idi. Albom İtaliyanın albom siyahılarında birinciliyə yüksəlmişdir.
Albom adı | İl |
---|---|
Greitist Iz | 2014 |
Eternamente ora | 2016 |
Magellano | 2017 |
Mahnı adı | İl |
---|---|
"I dischi non si suonano" | 2014 |
"Clandestino" | |
"Amen" | 2015 |
"Eternamente ora" | 2016 |
"In equilibrio" | |
"Foglie al gelo" | |
"Occidentali's Karma" | 2017 |
"Tra le granite e le granate" | |
"Pachidermi e pappagalli" |
Əvvəlki: Françeska Mikyelin "No Degree of Separation" |
İtaliya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Ermal Meta və Fabritsio Moro "Non mi avete fatto niente" |