No pasaran

On ne passe pas!
Mauris Neymont tərəfindən hazırlanan propaqanda posteri

No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir.

Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir.

1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir.


“No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir.[1]

Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.[2] Devid Bredberi tərəfindən 1984-cü ildə Somoza diktaturasının devrilməsi ilə nəticələnən Nikaraqua hadisələrindən bəhs edən “Nikaraqua no pasaran” adlı sənədli film çəkilmişdir.[3][4][5]

  1. Audrey Gillan. "Day the East End said No pasaran to Blackshirts". The Guardian. London. 2006-10-02. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.
  2. Kunzle, David. The Murals of Revolutionary Nicaragua, 1979–1992. University of California Press. 1995. səh. 168. ISBN 9780520081925. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  3. Kallen, Stuart A. The Aftermath of the Sandinista Revolution. Twenty-First Century Books. 2009. səh. 152. ISBN 9780822590910. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  4. "Nicaragua: No Pasaran". Frontline Films. 28 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 June 2015.
  5. FitzSimons, Trish; Laughren, Pat; Williamson, Dugald. Australian Documentary: History, Practices and Genres. Cambridge University Press. 2011. səh. 267. ISBN 9780521167994. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.