Verden döyüşü

"Verden döyüşü"Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi.

Verden döyüşü
Birinci Dünya Müharibəsi
Verden döyüşü xəritə
Verden döyüşü xəritə
Tarix 21 fevral18 dekabr 1916
Yeri Verden, Fransa
Nəticəsi Fransanın qələbəsi ilə başa çatıb
Münaqişə tərəfləri

Fransa Fransa

Almaniya İmperiyası

Komandan(lar)

Anri Peten,
Rober Nivel

Erik fon Falkeynxayn

Tərəflərin qüvvəsi

1 140 000, 75 diviziya

1 250 000, 50 diviziya

İtkilər

377 min

337 min

Ümumi itkilər
Təxminən 1 milyon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Verden qələbə hədəfi olaraq

[redaktə | mənbəni redaktə et]

1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.