Noatak çayı

Noatak[1] (ing. Noatak River) — Şimali Amerikanın şimal-şərqindən axan çay. ABŞ-nin Alyaska ştatı ərazisində yerləşir.

Noatak çayı
ing. Noatak River
Ölkələr
Mənsəbi Çukot dənizi
Uzunluğu 684 km
Hövzəsinin sahəsi 32630 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay başlanğıcını Bruska silsiləsindən götürür. Qeyts-of-te-Artika parkı ərazisindən axır. Çayın uzunluğu 684 kilometrdir. Hövzəsinin sahəsi 32 630 km²[2] təşkil edir. Çay Çukot dənizinə daxil olan Kosebu körfəzi ərazisinə axır. Çayın bütün axar hissəsi Şimal Qütb dairəsi daxilində yerləşir[3].

İlin böyük qismi buzla örtülü olur.

  1. Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М.: Недра, 1986. — С. 254. — 459 с. — 70 000 экз
  2. Benke, Arthur C., ed. Rivers of North America. Burlington, Massachusetts: Elsevier Academic Press. 2005. səh. 932. ISBN 0-12-088253-1. ([[:Category:|link]])[[Category:]]
  3. Alaska Atlas & Gazetteer (7th). Yarmouth, Maine: DeLorme. 2010. səh. 132–36. ISBN 978-0-89933-289-5.