Nodirbek Abdusəttorov (özb. Nodirbek Abdusattorov; 18 sentyabr 2004, Daşkənd) — Özbək şahmatçısı, qrosmeyster (2017). Sürətli Şahmat üzrə Dünya Çempionu (2021).
Nodirbek Abdusattorov | |
---|---|
özb. Nodirbek Abdusattorov | |
Ölkə | |
Doğum tarixi | 18 sentyabr 2004 (20 yaş) |
Doğum yeri | |
Titulu | |
Son reytinqi |
|
FİDE nömrəsi | 14204118 |
Vikianbarda əlaqəli mediafayllar |
29 oktyabr 2017-ci ildə 13 yaş 1 ay 11 günlük ikən şahmat üzrə qrosmeyster olub. O vaxta qədər yalnız bir şahmatçı — Sergey Karyakin daha erkən yaşda qrosmeyster olmuşdur. 2021-ci ilin yanvarına olan məlumata görə, Abdusəttorov şahmat tarixində beşinci ən gənc qrosmeyster olmuşdur .
2021-ci ilin dekabrında Varşavada Abdusəttorov Karlsen və Nepomnyaşşiy kimi şahmatçıları məğlub edərək Sürətli Şahmat üzrə ən gənc dünya çempionu olmuşdur.
2012-ci ildə Sloveniyanın Maribor şəhərində 8 yaşlılar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olub.
2014 -cü ildə 9 yaşında olarkən, Andrey Jiqalko və Rüstəm Xusnutdinov kimi qrosmeysteri məğlub etmiş və klassik şahmat partiyalarında qrosmeysterlərə qalib gələn ən gənc şahmatçılardan biri olmuşdur.
2015-ci ilin aprelində 11 yaşında FİDE-nin ən yaxşı 100 yeniyetmələr siyahısına daxil olaraq bu siyahıya daxil olma yaşına görə rekord vurmuşdur.
2015-ci ilin noyabrında Porto- Karasda keçirilən gənclər arasında dünya çempionatında 11 baldan 8½ xal toplayaraq dördüncü olmuşdur.
2017-ci ilin oktyabrında Çiqorinin xatirə turnirində 9 baldan 6½ bal toplayaraq üçüncü yeri tutdu. Bu turnirdə Nodirbek öz reytinqini 2500 baldan yuxarı qaldırdı və qrossmeyter normasını yerinə yetirdi.
Dekabr 2021-ci ildə tay-breyk oyunlarında Yan Neponmişşiyi məğlub edərək sürətli şahmat üzrə dünya çempionu olmuşdur.[3]