Nom şəhərinə zərdab çatdırılması (ing. Serum run to Nome) — 1925-ci ildə Alyaskanın Nom şəhərində insanlar arasında difteriya xəstəliyi yayılmışdır. Difteriyaya qarşı yeganə mübarizə üsulu difteriya əleyhinə olan zərdablar idi. Nomun mərkəzi xəstəxanasında şəhərdə olan bütün sakinlərə yetəcək qədər zərdab yox idi. Ən qısa zamanda faciəvi vəziyyət teleqraf yolu ilə ABŞ-nin digər 49 ştatının bütün şəhərlərinə göndərilir. Ankoric şəhərinin mərkəzi xəstəxanasında bir neçə bağlama zərdab aşkarlanır. Ancaq havanın -40 dərəcə civarında olması zərdabın təyyarələrlə göndərilməsini mümkünsüz edirdi. Zərdabın Nom şəhərinə ən qısa zamanda catdırılması üçün it xizəklərindən istifadə edilmişdir. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 674 mil (1.085 km) məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırmışdılar. Nom şəhərinə zərdab çatdırılması hərəkatı dövrünün bütün ABŞ qəzet və radiolarında işıqlandırılmış və bu hadisə uzun müddət Amerika gündəmində qalmışdır.
Başlandı | Xizəkçi | Məntəqə | Məsafə |
---|---|---|---|
27 yanvar | Vəhşi Bill Şanon | Nenana - Tolovana | 52 mil (84 km) |
28 yanvar | Edqar Kallands | Tolovana - Manley Hot Springs | 31 mil (54 km) |
Den Qrin | Menli Hot Springs - Fiş Leyk | 28 mil (45 km) | |
Conni Folqer | Fiş Leyk - Tanana | 26 mil (42 km) | |
29 yanvar | Sem Yozef | Tanana - Kallands | 34 mil (55 km) |
Titus Nikolai | Kallands - Nayn Mil Kabin | 24 mil (39 km) | |
Den Karniq | Nayn Mil Kabin - Kokrayns | 30 mil (48 km) | |
Harri Pitka | Kokrayns - Rubi | 30 mil (48 km) | |
Bil Makkarti | Rubi - Viski Krik | 28 mil (45 km) | |
Edqar Nollaner | Viski Krik - Qalena | 24 mil (39 km) | |
30 yanvar | Corc Nollaner | Qalena - Bişop Mauntin | 18 mil (29 km) |
Karl Evans | Bişop Mauntin - Nulato | 30 mil (48 km) | |
Tomi Patsi | Nulato - Kaltak | 36 mil (58 km) | |
Cekskrou | Kaltak - Old Vumen Şelter | 40 mil (64 km) | |
Victor Anagick | Old Vumen Şelter - Unalaklet | 34 mil 55 (km) | |
31 yanvar | Myles Gonangnan | Unalaket - Şahtolik | 40 mil (64 km) |
Henri İvanoh | Şahtolikin ətraf əraziləri | 0 mil (0 km) | |
Leonard Seppala | Şahtolikin ətraf əraziləri - Qolvin | 91 mil (146 km) | |
1 fevral | Karl Olson | Qolovin - Bluf | 25 mil (40 km) |
Quner Karsen | Bluf - Nom | 53 mil (85 km) |