Noqata (rus.Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır.[1]