Kiyev Rus dövləti


Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — IX əsrdə müasir Ukrayna, Belarus və Qərbi Rusiya ərazisində PolyanVikinqlərin Kiyev Şərqi Slavyan qəbiləsinin rəhbərliyi altında qurulan ilk Şərqi Slavyan dövləti. 10-cu əsrdə Bizansdan xristianlığı qəbul etdi və bir əsr sonra Qərb sülalələri ilə möhkəm əlaqələr quraraq Avropanın ən mədəni inkişaf etmiş ölkəsinə çevrildi.

Böyük knyazlıq
Kiyev Rus dövləti
Рѹсь (Qədim Şərq Slavyancası)
Bayraq
Bayraq
Kiyev Rus çarlığı üst-üstə müasir Avropa sərhədlərində (asılı torpaqlarla)

Kiyev Rus çarlığı üst-üstə müasir Avropa sərhədlərində

(asılı torpaqlarla)
882 — 1240

Paytaxt Kiyev
Ən böyük şəhər Kiyev
Dilləri qədim rus dili
Rəsmi dilləri Qədim Şərq slavyancası
Dövlət dini Slavyan paqanizmi
Reformist paqanizm
Şərqi pravoslav kilsəsi
Norveç paqanizmi
Valyuta noqata
Ərazisi 1,330,000 km2
Əhalisi 5,400,000
İdarəetmə forması Mütləq monarxiya
Böyük Kiyev knyazı
 • 882-912 Oleq Veşiy
 • 980-1015 I Vladimir
 • 1019–1054 Yaroslav Mudrı
 • 1236–1240 Mixail Vsevolodoviç
Tarixi
 • 965-969 Xəzərlərin istilası
 • 988-ci illər Kiyev Rusun xristianlaşdırılması
 • erkən XI əsr Qədim rus qanunnaməsi
 • 1240 Monqolların Kiyev Rus dövlətini işğal etməsi
Sələfi və xələfi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları, Polyananın Şərqi Slavyan tayfası, Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. XI əsrdə Polyana ərazisinə varangiyalılar gəlməyə başladı və iki etnik qrupun mürəkkəb münasibətləri və ümumi maraqları nəticəsində Rus Polyana-Varyanq strukturu formalaşdı. Kiyev varangiyalıları hücum etməyə və qonşu slavyanlardan xərac almağa və Kiyev ilə Konstantinopol arasında ticarət əlaqələri qurmağa başlayırlar. Salnamələrə görə, artıq Şahzadə Oleq altında Kiyev dövləti Varangiyalılardan Yunanlara gedən marşruta nəzarət edirdi, bu yolla şimal slavyan tayfalarının istismarı üçün ekspedisiyalar edildi. İlk Kiyev knyazlarının fəaliyyəti əsasən ticarət və döyüşkən idi, lakin onların uğurları və Şərqi slavyanlarınfin tayfalarının böyük ərazisinin Kiyevin hakimiyyəti altında birləşdirilməsi dövlətin sürətli inkişafına imkan verdi. Rusi qızıl dövrü Rus dövlətçiliyinin fəal şəkildə inkişaf etdiyi, mədəniyyət və ədəbiyyatın çiçəkləndiyi, təşkil edən Böyük VladimirYaroslav Müdriklərin hakimiyyəti dövrünə təsadüf edir.

XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI–XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, SuzdalRostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi. XI əsrdə Kiyev dövlətində də təsərrüfat natural xarakter daşıdığından ayrı-ayrı bölgələr arasında əlaqələr çox zəif idi. Kiyev dövlətində şəhərlərin meydana gəlməsi prosesi başlandı. Şəhərlər feodal torpağında salınırdı və feodalın hakimiyyəti altında olurdu. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf edərək vilayətlərin iqtisadi və siyasi mərkəzlərinə çevrilirdilər. Şəhərlərin ətrafında olan torpaqlar boyarlara, feodallara və kilsəyə məxsus idi. Şəhərlərin ərazisi böyüdükcə, əhalisinin sayı artdıqca onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Yerlərdə olan iri feodallar da mərkəzi hakimiyyətin yox, öz knyazlarının ətrafında birləşirdilər. Bununla da Kiyevdən çox uzaqlarda yerləşən şəhərlərdə feodallar öz knyazlıqlarını yaradırdılar. Knyazlar öz hakimiyyətlərini qanuniləşdirmək üçün 1097-ci ildə Lübeçdə yığıncaq keçirdilər. Burada hər kəs öz votçinasını qorusun şüarı ilə dövlətin ayrı-ayrı müstəqil knyazlıqlara parçalanması rəsmiləşdirildi. Kiyev torpağında Rostov, Suzdal, Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minks, Tmutarakan knyazlıqları, NovqorodPskov feodal respublikaları meydana gəldi. Kiyev dövlətinin feodallıqlara parçalanması feodallar arasında olan narazılığı və ədavəti daha da dərinləşdirdi, knyazlıqlar daha kiçik hissələrə — udellərə bölündü, ölkənin müdafiə qabiliyyəti daha da zəiflədi, siyasi cəhətdən zəifləyən rus torpağının iqtisadi vəziyyətində də geriləmə baş verdi. Mərkəzi hakimiyyəti tanımaqdan imtina edən və əlaqələri açıdan-açığa kəsən ilk knyazlıqlarlan biri Novqorod torpağı idi. Kiyev dövlətində feodallıqlara parçalanma nəticəsində ölkə başını üsütünü almış yeni təhlükədən xilas ola bilmədi. Monqolların 1237–1240-cı illərdəki yürüşləri nəticəsində knyazlıqlar işğal edildi. Bu ərazilər Qızıl Ordadan vassal asılılığına salındı. Onlar Qızıl Orduya xərac ödəməli oldular. Vassal asılılığı dövründə knyazlar arasında narazılıq artmışdı. Böyük knyaz titulu almaq uğrunda gedən mübarizə vuruşmalarla nəticələnirdi. Bunun nəticəsində şəhərlər dağılır, sənətkarlıq, ticarət zəifləyirdi. Bir çox sənət sahələri sıradan çıxırdı. Çox vaxt yaxşı sənətkarları Qızıl Ordaya aparırdılar. Kənd təsərrüfatında da geriləmə baş vermişdi. Bütün bunlar rus torpaqlarının vahid dövlət halında birləşməsini ləngidirdi. Nəticədə Kiyev Rus dövləti 1242-ci ildə süqut etmişdir.

Xristianlığın qəbulu

[redaktə | mənbəni redaktə et]

Artıq bütpərəstlik dini təşəkkül tapmaqda olan feodal sinfinin tələblərini ödəmirdi. Çox götür-qoydan sonra Vladimir xristianlığı rəsmi dövlət dini kimi qəbul etdi. Bu hadisə 988-ci ildə baş verdi. Şərq slavyanları xrisitan dinini heç də asanlıqla qəbul etmədilər. Yeni din zor gücünə yayılırdı. Kiyevlilərin bütlərini yıxır, doğrayır və yandırırdılar. Xristianlığı qəbul etməkdən boyun qaçıranları əmlaklarının müsadirə ediləcəyi və öldürüləcəyi ilə hədələyir, qorxu hesabına xaç suyuna çəkmək üçün çaya qovurdular. Xristianlığın qəbulu ilə Kiyev dövlətində yazı və savad artdı, başqa xristian ölkələri ilə yaxınlaşma baş verdi. Eyni zamanda xristian kilsəsi feodal qaydalarını müqəddəsləşdirir, özü iri feodala çevrilir, cəmiyyətin qullara və ağalara, yoxsullara və varlılara bölünməsinin əbədiliyini təbliğ edir, dinc olmağa və hakimiyyətə itaət etməyə çağırır, knyaz hakimiyyətini ilahiləşdirirdi. Məhz buna görə xristianlıq şəhərlərdə feodal əyanlar arasında daha tez yayılırdı. Bütpərəstliyin qalıqları xalq arasında hələ uzun müddət qalmaqda idi.