Nordkap cərəyanı[1] — Skandinaviya və Kola yarımadaları sahilindən keçən isti cərəyan. Suyunun temperaturu yayda +5…+8 °C, qışda isə +2…+5 °C olur. Sürəti 0,9–1,8 km/s təşkil edir. Nordkap cərəyanının hesabına Barens dənizinin cənub qərbi qışda donmur. Cərəyan 1870-ci ildə rus araşdırmaçısı Aleksandr Middendorf tərəfindən kəşf edilmişdir.
Nordkap cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Şimal Buzlu okean |
Tip | İsti |
Orta axın cərəyanı | 0,9-1,8 |