North American P-51 Mustang

North American P-51 Mustang (Masteng), Böyük Britaniya-ABŞ ortaqlığı əsasında yaradılmış olan İkinci dünya müharibəsi qırıcı təyyarə modelidir.

North American P-51 Mustang
Tipi Döyüşçü-bombardmançı təyyarə
Hazırlayan North American Aviation
İstehsalçı North American Aviation
İlk uçuş 26 oktyabr 1940
İstismara verilmə tarixi 1942
İstimarının bitmə tarixi 1984
İstismarçılar
Buraxılış sayı 16.974
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yüksək hündürlükdə uçan ağır bombardmançıları müşayiət etmək üçün hazırlanmışdır. İkinci dünya müharibəsinin ən uğurlu təyyarələrindən biridir.

Qısa məlumatlar

[redaktə | mənbəni redaktə et]
  • Növü: Qırıcı təyyarə
  • Mənşə: ABŞ
  • İstehsalçı: North American Aviation
  • İlk uçuş :26 oktyabr 1940
  • Xidmətə qəbul ili: 1942
  • Xidmətdən kənarlaşdırılması: 1984
  • Mövcud vəziyyəti: Xidmətdən kənarlaşdırılmışdır. Akrobatik nümayişlərdə hələ də istifadə olunur.
  • Əsas istifadəçi: ABŞ Hərbi Hava Qüvvələri
  • Digər istifadəçilər:

1) Kral Hərbi Hava Qüvvələri

2) Çin Respublikası Hərbi Hava Qüvvələri

  • İstehsal sayı :15,000 ədəddən çox
  • Vahidinin dəyəri: 50,985 US$ (1945) (2018-ci ildə 570,000 US$-a bərabərdir)
  • Baza modelləri:

1) North American F-82 Twin Mustang

2) Piper PA-48 Enforcer

3) Rolls-Royce Mustang Mk.X

  • Dəyişdirilmiş versiyaları:

1) North American A-36 Apache

2) Rolls-Royce Mustang Mk.X

3) Cavalier Mustang

Dizayn xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Langley Hərbi Hava Qüvvələri bazasında keçirilən uçuş şousunda (Virciniya, ABŞ, 21 may 2004)

İkinci dünya müharibəsindən əvvəl və müharibənin əvvəlində bombardmançı fəlsəfəsi yalnız sürü halında və sıx nizam vəziyyətində bombardmançı basqının təsirli olacağını proqnozlaşdırmışdı. Bu təyyarələrin müdafiə silahları daha sonra inkişaf etdirilsə də, atəş gücünün bu qədər artırılması belə bir müddət sonra kifayət etməyəcəkdir. P-51 bu vəziyyətə bir həll yolu məqsədilə hazırlanmışdır. Yüksək hündürlükdə uçan uzun məsafəli Amerikan bombardmançılarını qorumaq P-51-lərin əsas vəzifəsi olmuşdur. Bu hədəf əsnasında yüksək hündürlükdə uçmaq üçün hazırlanmışdırlar. Güclü bir mühərriyə, möhkəm zireh qorumasına və 12.7 mm-lik (50 kalibrlik) 6 pulemyota sahib idilər.

Avropa cəbhəsində, ABŞ Hərbi Hava Qüvvələrinin bombardman reydləri zamanı P-51-lər bombardmançılara yaxın uçurdular. Bunu bilən alman təyyarələri böyük dəstələrlə vur-qaç hücumları edirdilər. Bu yaxın qoruma vəzifəsi P-51-lərin qoruduqları təyyarələrdən uzaqlaşmaq və Alman qırıcılarına qarşı hücum etmək imkanlarını məhdudlaşdırırdı. Daha sonralar P-51-lər daha böyük bir əraziyə yayılaraq müşayiət taktikasını tətbiq etməyə başladılar. Bu taktika sayəsində çox sayda Amerika qırıcı təyyarəsi qısa müddət ərzində Alman Hərbi Hava Qüvvələrinə ağır itkilər verdirdilər.

  1. http://www.historyofwar.org/articles/weapons_Mustang_RAF.html.