Norveç meşəsi

Norveç meşəsi (yap. ノルウェイの森) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir.

Norveç meşəsi
ノルウェイの森
2012-ci ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycanda çap edilmiş kitabın üz qabığı.
2012-ci ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycanda çap edilmiş kitabın üz qabığı.
Janr roman
Müəllif Haruki Murakami
Orijinal dili yapon
Yazılma ili 1987 mart 27
Nəşr ili 4 sentyabr 1987, 1987
Nəşriyyat Qanun
ISBN ISBN 978-9952-26-287-2
Tərcümə Günel Mövlud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür.

Haruki Murakami bu əsəri özünün "işıldaböcək" adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib. Lakin əsəri yazıb qurtardıqda əsər doqquz yüz səhifədən (yapon əlifbası ilə) uzun olub[1]. H. Murakami bu romanı Yunanıstanın Mikena adasında 1986-cı ilin dekabrın 1-də yazmağa başlayıb və İtalyada Roma yaxınlığında 1987-ci il martın 27-də bitirib[1].

2010-cu ildə Tran Anh Hung tərəfindən romana eyniadlı film çəkilib.

Kitabın adı The Beatles qrupunun eyni adlı mahnısından götürülüb.

Yazıçı haqqında

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Haruki Murakami

Romanın yazıçısı Haruki Murakami.

Haruki Murakami 12 yanvar 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmşdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir. H. Murakami Tokiyonun Vaseda Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir.

Yazıçının "Norveç Meşəsi" əsərində, Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqqsızlıqlar, cəmiyyətin əyri-əksiklikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa Murakaminin gozəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi qeyd etmək məqsədəuyğun olardı. Belə ki əsəsrlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət Jazz-Bar sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü büruzə verir.

…Axşamlar mən musiqi valları satırdım. Boş vaxtım olanda dalğın-dalğın vitrin qarşısından keçənlərə baxırdım. Ailələr, cütlüklər, yakudzalar, mini ətəkli şən qızlar, tutamsaqqallı oğlanlar, barda işləyən qadınlar və başqa qəribə insanlar… Rok səsləndirilən kimi, hippilər və avaralar dükanın qabağına yığışırdı — bəziləri musiqiyə uyğun rəqs eləyir, kimi narkotik iyləyir, kimisi də eləcənə asfaltın üstündə otururdu. Mən daha heç nəyi anlamırdım. "Bu nədir axı? Bu adamlar bele eləməklə nə demək istəyirlər?"… …Çağdaş yapon ədəbiyyatının klassiki Haruki Murakaminin ötən əsrin 60-cı illərində, bütün dünyada olduğu kimi, Yaponiyada da gənclərin azad seks tələbləriylə kəskin etirazları başlayan dövrdən bəhs edən "Norveç meşəsi" (1987) romanı[2].

Hadisələr Vatanabenin Universitetə qəbul olaraq Tokiyoya gəlməyi ilə başlayır. Təsadüf nəticəsində 17 yaşında ölən dostu Kidzükinin sevgilisi Naoko ilə rastlaşır. Naoko ilə vaxt keçirməyə başlayan Vatanabe özüdə bilmədən Naokoya aşiq olur. Onun hissləri təktərəfli olmur.

Naokonun 20-ci ad günündə Vatanabe tort alaraq onun evinə yollanır. Onlar Naokonun ad günün bir yerdə Vatanabenin yolda əzdiyi tort, viski və bir neçə romantik valla qeyd edirlər. Gecənin sonunda Naoko və Vatanabe gözlənilmədən bərabər olurlar. Həmin günün sabahı Vatanabe Naokonu narahat etmək istəmədiyin və Naoko nə vaxt hazır olarsa onda məktub yazmağın xahiş edərək yataqxanaya yollanır. Aradan həftələr keçməyinə baxmayaraq Naokodan xəbər ala bilməyən Vatanabe onun evinə gedir və Naokonun üç gün əvvəl köçdüyün öyrənir. Naokonun yerin axtaran Vatanabe bir müddət sonra onun şəhərdən kənar ruhi xəstəxanaya yerləşdiyin öyrənir.

Təsadüf nəticəsində Vatanabe yataqxana yoldaşı Naqasava ilə eyni kitabı çox sevdiklərin öyrənir. Beləliklə Vatanabe və Naqasavanın dostluqları başlayır. Naqasava Vatanabeni razı salıb bir neçə dəfə bara və gecə klubuna aparır. Burada onlar hər dəfə yeni qızlarla tanış olur və gecəni burada tanış olduqları qızlarla bərabər keçirirlər.

Vatanabe restoranda yemək yediyi vaxt Midori adında bir qızla tanış olur. Onlar əvvəlcə yaxından dostluq etməyə başlayırlar. Midori iki il əvvəl anasın itirmişdi. Atası isə anası kimi xərçəng xəstəliyindən əziyyət çəkirdi və xəstəxanada idi. Lakin Midori əvvəlcə atasının xəstə olduğun Vatanabedən gizlədir. Atasının ölümündən sonra Midori və Vatanabe yaxınlaşmağa başlayır. Midori Vatanabeni sevsədə hisslərn ona açmaqdan çəkinir. Vatanabe isə qarışıq duyğular içərisindədir.

Naokonun xəstəxanada olduğu müddət ərzində Vatanabe iki dəfə həmin xəstəxanaya gedərək Naokoya baş çəkir. Vatanabenin bu səfərlərində onlar yenidən bərabər olurlar. O, Tokioya qayıtdığı zaman həmişə Naokoya məktub yazır və bütün həyatın ona danışır. Bu məktublarda Naqasava və Midoridəndə söhbət açır. Vatanabenin bəzi məktublarına cavabları Naokonun məktub yaza bilməyəcək qədər xəstə olması səbəbilə onun yaşlı otaq yoldaşı Reyko İsida cavab yazır.

Naokonun ölümündən sonra Vatanabenin dəvəti ilə Tokioya gələn Reyko nə qədər qəribə olsa da, Vatanabe ilə yatır.

Naokonun ölümü ilə həyat onun yerinə seçim edir. Sevgilisinin ölümündən sonra səyahətə çıxan Vatanabe Midori ilə əlaqə saxlamırdı və onu küsdürmüşdü. Səyahətdən sonra Tokioya qayıdaraq Midoriyə zəng eləyib ondan üzr istəyir. Roman Midorinin soruşduğu "Sən indi hardasan?" sualına Vatanabenin öz-özünə cavab axtarmağı ilə bitir[3].

  • Toru Vatanabe (ワタナベ トオル) — Əsərin baş qəhrəmanıdır. Universitetdə təhsil almaq üçün Tokioya gələrək yataqxanada yaşayır. Yataqxanadakı və digər tələbələrə nifrət edir. Ədəbiyyatla, xüsusilə Amerikan ədəbiyyatı ilə maraqlanır. Ən çox sevdiyi kitab F. Scott Fitzgerald-ın Dahi Qeytsbi romanıdır. Əvvəl Kidzüki sonra isə Naqasava ilə dostluq edir. Sonda isə Naqasavaya nifrət edir. Naoko və Midori ilə sevgili olur.
  • Naoko (直子) — Naoko gözəl və emosional qızdır. Vatanabenin sevgilisidir. Lakin mənəvi cəhətdən xəstədir. Böyük bacısı və ilk sevgilisi Kidzükinin eyni yaşda (17 yaşda) intihar eləməkləri onun psixologiyasına güclü təsir edir. Əsərin sonunda Naoko özüdə intihar edir.
  • Midori Kobayasi (小林 緑) — Midori xaraktercə mübariz qızdır. Uşaq yaşlarında valideynlərinin sevgisin lazımi qədər hiss etməmişdir. Anası iki il əvvəl vəfat etmişdir. Atasının vəfatından sonra bacısı ilə yalnız qalır. Sonda Vatanabe ilə birləşir.
  • Reyko İsida (石田 玲子) — Yaşlı Reyko əsərin ortalarında peyda olur. O, Naokonun xəstəxanadakı otaq yoldaşıdır. Naoko və Vatanabeyə məsləhətləri ilə kömək edən Reyko əsərin sonunda Vatanabe ilə yatır.
  • Kidzüki (キズキ) — Naokonun ilk sevgilisi, Vatanabenin ilk dostudur. Sevgilisi ilə yaranan cinsi problemə görə 17 yaşında intihar eliyir.
  • Naqasava (永沢) — Naqasava Tokyo Universitetində diplomatiya təhsili alan yaraşıqlı oğlandır. Lakin qəribə xarakterə malikdir. Vatanabe ilə dostluğu barlarda tanış olduqları qızlarla bir gecəlik məhəbbətdən ibarətdir.
  • Xatsumi (ハツミ) — Naqasavanın sevgilisidir. Naqasava Almaniyaya getdikdən sonra başqası ilə evlənsədə məktub yazaraq intihar eləyir.
  • "Hücumçu" (突撃隊) — Vatanabenin yataqxanadakı otaqyoldaşıdır. Təmizliyi və məsuliyəti ilə seçilir. Yaponiyanın Coğrafiya İstitutunda oxuyur və xəritələri sevir. Buna görədə xəritə tərtib etmək istəyir. Əsərin ortalarında yataqxanadan ayrıldığına dair məktub yazaraq qeyb olur.
  • Momoko Kobayasi (桃子小林) — Midorinin bacısıdır. Ataları öldükdən sonra Midori ilə başqa evə köçürlər.
  • Cənab Kobayasi (小林氏) — Midori və Momokonun atasıdır. Xərçəng xəstəliyindən əzab çəkir və sonda ölür.

Azərbaycan dilinə tərcümə

[redaktə | mənbəni redaktə et]

Haruki Murakaminin "Norveç meşəsi" adlı əsəri ilk dəfə Günel Mövlud tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur və "Qanun" nəşriyyatı tərəfindən 2012-ci ildə çap edilmişdir.

Əsas mənbə: Norveç meşəsi (film, 2010)

Norveç meşəsi filminin afişası.

Eyniadlı film 2010-cu ildə Tran Anh Hung tərəfindən Yaponiyada çəkilmişdir. Vatanabeni Kenichi Matsuyama, Naokonu Rinko Kikuchi, Midori rolun isə Kiko Mizuhara canlandırmışdır. Bu film 67-ci Venesiya Beynəlxalq Film Festivalında təqdim edilmişdir. Jonny Greenwood bu filmə imza atmışdır.

Filmin bəzi səhnələri Tonomine dağı, Mineyama dağıKasumi sahillərində çəkilmişdir[4].

  1. 1 2 "Qanun" nəşriyyatı, "Norveç Meşəsi", 2012. səh. 437
  2. "Qanun" nəşriyyatı, "Norveç Meşəsi", annotasiya
  3. "Qanun" nəşriyyatı, "Norveç Meşəsi", 2012.
  4. https://en.wikipedia.org/wiki/Norwegian_Wood_(novel) Arxivləşdirilib 2022-08-01 at the Wayback Machine, Film, TV or theatrical adaptations