Norveçdə terror aktları (ing. 2011 Norway attacks) — 2011-ci ilin 22 iyul yerli vaxtla saat 15:25[1] tarixində Norveçin paytaxtı Oslo şəhərində ard-arda baş vermiş iki terror aktı. Bu terror aktı Norveçdə İkinci dünya müharibəsindən sonra baş vermiş ən böyük insan itkisinə səbəb olmuş hadisədir. Hadisə iki ayrı ərazidə baş vermişdir. Terror aktları paytaxt Osloda və hakim partiyanın gənclik düşərgəsinin yerləşdiyi Utoya adasında baş vermişdir. Terror akt nəticəsində Osloda 8 nəfər,[2] Utoya adasında isə 69 nəfər[3][4] həlak olmuşdur. Hadisə nəticəsinə çoxlu sayda insan yaralanmışdı. Dəqiq məlumata görə Osloda 30, Utoya adasında isə 66 nəfər yaralanmışdı.[5][6]
Paytaxt Osloda nazirlik binasının partladılmasından sonra, Oslodan 120 km kənarda yerləşən Utoya adasında dəhşətli olay baş verdi. Hakimiyyətdə olan Əmək Partiyasının gənclik düşərgəsi Utoya adasında yerləşirdi. Adada terror aktını törədilməsində Anders Berinq Breyvik təqsirləndirilir[7].O, özünü xristian, mühafizəkar və millətçi hesab edir.[8] Utoya adasında baş vermiş terror aktını Anders Berinq Breyvik şəxsən törətdiyni etiraf etmişdir.[9] Anders Berinq Breyvik internetdə olan nasist forumlarında hadisədən əvvəl çox aktiv olduğu məlumdur. O yerli mason lojalarının birinində üzvü olmuşdur. Norveçə gələn müsəlman miqrantlara qarşı olan Brevik onların Norveçin genfonduna zərər verdiyini forumlarda daim qeyd edirdi.[10] Norveç polis idarəsinin verdiyi məlumata əsasən Anders Berinq Breyvik terror aktını 2009-cu ildən hazırladığı məlum olmuşdur.[11][12]