Noutbuk (ing. notebook) — kifayət qədər kiçik ölçülərə malik, mobil istifadə üçün işlənib hazırlanan fərdi kompüterdir. Portativ kompüter olmaqla stolüstü kompüterin tipik komponentlərinin hamısını özündə birləşdirir. Başqa cür dizüstü kompüter də adlanır. Çünki onları diz üstə qoymaq və ya əllə daşımaq olar.
Onların ölçüləri masaüstü kompüterlərin ölçülərindən kiçik olsa da, imkanları, demək olar ki, eynidir. Fərqli cəhətləri isə aşağıdakılardır:
1)Daha kiçik və yüngül olduqlarına görə onları əllə daşımaq, dizlərin üstünə qoymaq və ya əllə daşımaq mümkündür; 2)Sistem bloku yoxdur, monitorla klaviatura isə bir-birinə bitişikdir; 3)Siçan qurğusu əvəzində tançpad adlı qurğudan istifadə olunur (klaviaturanın üzərində yerləşir); 4)Elektrik şəbəkəsi ilə bərabər, batareya ilə də işləyə bilir
Dizüstü kompüterlər hal-hazırda inkişaf etmiş ölkələrdə elmi-texniki baxımdan ən çox istifadə edilən cihazdır.
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |