Novqorod məktəbi

Novqorod məktəbi (rus. Новгородская школа) — XII əsrin ikinci yarısından XVI əsrin əvvəllərinə qədər Novqorodda, onun tabeliyindəki ərazilərdə formalaşmış qədim rus memarlıqboyakarlıq məktəbi. Novqorod məktəbnin boyakarlıq əsərlərində xəlqilik və obrazların emosional ifadəliyi, kolorit zənginliyi güclüdür. Snas-Nereditsa kilsəsinin (1199) və Volotovo çölündəki Uspeniye kilsəsinin (1352) freskaları (1363–1390-cı illər arasında), Feofan Qrekin divar rəsmləri (XIV əsr), ikona və miniatürlər bu məktəbədə aiddir. Novqorod məktəbinin daş memarlığı abidələr üçün monumentallıq, forma lakonikliyi, xarici bəzəklərin nizamlılığı səciyyəvidir.[1]

  1. Новгород мәктәби // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 279.