Novruz Allahverdi

Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü[1].

Novruz Allahverdi
Novruz Muxtar oğlu Allahverdi
Doğum tarixi (76 yaş)
Doğum yeri Qaradağlı, Ağdam rayonu, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi kompüter mühəndisliyi
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı professor

Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır.[2]

1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır. Azərbaycanda kompüter teknikası ilə bağlı 2 dərslik, bir neçə dərs vəsaiti və digər kitabların müəllifidir. Kitablarının 4-ü Türkiyədə nəşr edilmişdir.

Novruz Allahverdinin 70-ci illərin sonlarında layihələndirdiyi hiperkub şəklindəki çoxmikropressorlu hesablama sistemi amerikanların diqqətini cəlb etmiş və 1983-cü ildən ABŞ-da istehsal edilən analoji sistemlerdə alimin bu çalışmasından istifadə olunmuşdur.

Novruz Allahverdi ABŞ, Fransa, Almanya, İtaliya, Bolqarıstan və digər ölkələrdə öz sahəsi üzrə keçirilmiş elmi konfrans və simpoziumlarda, eləcə də öz elm sahəsinə aid bir sıra Avropa Birliyi layihlərində iştirak etmişdir.

Hazırda süni intellektin müxtəlif sahələrində, qeyri-səlis ekspert sistemlərinin layihələndirilməsi və tətbiqi (tip, kontrol vs.) ilə əlaqəli çalışmalarını davam etdirməktədir.

Onun rəhbərliyi ilə 32 magistr və 7 Ph.D. yetiştirilmişdir. May 2020 yılında Google Scholar verilərinə görə N.Allahverdinin yayınlarına olan referans sayısı 1735 olmuştur.

  1. Elektron hesablama maşınları və BASICdə programlama, Dərs vəsaiti, Maarif, Baku, 1989 (digər yazarlarla).
  2. Elektron hesablama maşınlarının teorisi ve layihələndirilməsi, Bakı, Maarif, Dərslik, 1990 (digər yazarlarla).
  3. Sayısal Yönetim Birimlerinin Sentezi, Saray Kitabevi, Konya, 1995 (digər yazarlarla).
  4. Mikroişlemciler ve Arabirimler, Saray Kitabevi, Konya, 1997, (H.Tercan ile).
  5. Uzman Sistemler. Bir Yapay Zeka Uygulaması. 2002, Atlas, İstanbul.
  6. Bulanık Mantık ve Tıpta Uygulamaları, 2020, Karatay Üniversitesi Yayın Evi - Karyay.
  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  2. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı: Sabah, 2001