Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.
Nuşirəvan Məhərrəmli | |
---|---|
Nuşirəvan Umud oğlu Məhərrəmli | |
22 yanvar 2003 – 6 aprel 2020 | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ |
Təhsili | Moskva Dövlət Universiteti |
|
|
Təltifləri |
Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2015-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib[1].
Evlidir. Üç övladı var.