Nuneanqan adası (rus. Нунэанган) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Senyavin boğazında, İtırqan adasından 5 km şərqdə, Çukot yarımadasının cənub-şərq qutaracağında yerləşir. İnzibati cəhətdən Çukotka muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 117 metrdir. Burada naviqasiya mayakı yerləşir.
Nuneanqan adası | |
---|---|
rus. Остров Нунэанган | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 117 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
64°35′ şm. e. 172°18′ q. u. | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
|
|
Sahil ərazisində boz və qrenlandiya balinalarının yemlənmə ərazisi yerləşir. Adada böyük bir quş bazarı vardır, 8 quş növünə aid 40 min quş burada yuva qurur[1].
2003-cü ildə mayakda Radioizotop termoelektrik generator quraşdırılarkən ştatdan kənar iş müəyyən edilir. Daxili süalanma konstruksiya çatışmazlığı səbəbindən normadan 5 dəfə artıq olmuşdur[2]. 2012-ci ildə generator ərazidən çıxarılmış və çıxdaş edilmişdir.