Nurəddin Talış oğlu Alışov (25 mart 1970, Qazaxlar, Füzuli rayonu, Azərbaycan SSR – 17 aprel 1993, Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsi şəhidi.
Nurəddin Alışov | |
---|---|
Nurəddin Talış oğlu Alışov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazaxlar, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Əhmədalılar, Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Talış Alışov |
Təhsili | Ümumittifaq Tekstil və Yüngül Sanaye İnstitutu |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1988–1991/1992–1993 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Nurəddin Alışov 1970-ci il martın 25-də Füzuli rayonunun Qazaxlar kəndində müəllim ailəsində dünyaya gəlmişdir. O, 1977-ci ildə Qazaxlar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini yaxşı qiymətlərlə bitirmişdir. 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və burada yerləşən Ümumittifaq Tekstil və Yüngül Sanaye İnstitutunun "Mühəndis iqtisadiyyat" fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə əmək fəaliyətinə başlamış və Horadiz Kimya Sənaye Birliyinə mühasib vəzifəsinə işə qəbul olunmuşdur.
Nurəddin 1988-ci ilin iyul ayında hərbi xidmətə yola düşmüş və Rusiya Federasiyasının Çita şəhərində yerləşən 44039 N-li hərbi hissədə xidmətə başlamışdır. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra, 1992-ci ildə könüllü olaraq ön cəbhəyə gedir və Füzuli rayonunun Könüllü özünümüdafiə taboruna daxil olur. Füzuli rayonu uğrunda gedən onlarla döyüş əməliyyatlarında faal iştirak edir və erməni işğalçılarına qarşı döyüşlərdə şücaət göstərir. O, yüksək döyüş bacarığı və şücaəti ilə seçilərək Füzuli rayonu Məngələnata yüksəkliyində yerləşən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri təyin edilir və zenit-raket qurğusunun idarə olunmasına rəhbərlik edir. Nurəddin Alışov 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu və kəndlərinə qəfil hücumunun qarşısının alınmasında raşadətlə döyüşür və idarə etdiyi zenit-raket qurğusu ilə Ermənistan Silahlı Qüvvələrinə məxsus iki ədəd döyüş tankını, heyəti ilə birlikdə məhv edir. 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan və yaxınlıqda partlayan mərmi qəlpəsi Nurəddini başından yaralayır və onu Bakı şəhərinə gətirirlər. Burada həkimlərin səylərinə baxmayaraq Nurəddin Alışov 1993-cü il aprel ayının 17-də şəhid olur.
Təhsil aldığı Qazaxlar kənd tam orta məktəbi Nurəddin Alışovun adını daşıyır.