Nurlan Həsənov (azərb. Nurlan Urfan oğlu Həsənov) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı (2024). Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış üzrə Regional məsələlər komitəsinin sədr müavinidir.[1]
Nurlan Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Təhsili |
Bremen Universiteti - Hüquq fakültəsi Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
Fəaliyyəti | Deputat |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Dr. jur |
|
|
Təltifləri | |
nurlanhasanov.az |
Həsənov Nurlan Urfan oğlu 1988-ci il 3 fevral tarixində Şəmkir şəhərində anadan olmuşdur. 1993–2004-cü illərdə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı orta məktəbdə orta təhsil almışdır. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, 2008–2009-cu illərdə Almaniyanın Bremen Universitetində hüquq üzrə magistratura təhsili almışdır. 2010–2014-cü illərdə Bremen Universitetində "Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının gücləndirilməsi və Avropa İttifaqının bu sahədə rolu" mövzusu üzrə doktorluq elmi işi yazıb, müdafiə edərək "Hüquq Elmləri Doktoru" (Dr. jur – Doktor der Rechtswissenschaften) elmi dərəcəsini qazanmışdır.
Evlidir, iki övladı var.
Nurlan Həsənov 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, İntizam komissiyasının katibidir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Böyük Britaniya, Çexiya, Fransa, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.[3]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]