Nurlan Həsənov (deputat)

Nurlan Həsənov (azərb. Nurlan Urfan oğlu Həsənov‎) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı (2024). Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış üzrə Regional məsələlər komitəsinin sədr müavinidir.[1]

Nurlan Həsənov
Dr. Nurlan Həsənov
Şəxsi məlumatlar
Təhsili

Bremen Universiteti - Hüquq fakültəsi

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti Deputat
Elmi fəaliyyəti
Elmi dərəcəsi Dr. jur

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
nurlanhasanov.az

Həsənov Nurlan Urfan oğlu 1988-ci il 3 fevral tarixində Şəmkir şəhərində anadan olmuşdur. 1993–2004-cü illərdə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı orta məktəbdə orta təhsil almışdır. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, 2008–2009-cu illərdə Almaniyanın Bremen Universitetində hüquq üzrə magistratura təhsili almışdır. 2010–2014-cü illərdə Bremen Universitetində "Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının gücləndirilməsi və Avropa İttifaqının bu sahədə rolu" mövzusu üzrə doktorluq elmi işi yazıb, müdafiə edərək "Hüquq Elmləri Doktoru" (Dr. jur – Doktor der Rechtswissenschaften) elmi dərəcəsini qazanmışdır.

Evlidir, iki övladı var.

  • 2012-ci ildə Almaniya Bundestaqında Almaniya Sosial Demokratlar Partiyasının Federal Millətvəkili Steffen-Claudio Lemmenin yanında iş təcrübəsi keçmişdir. Bu müddət ərzində "Dağlıq Qarabağ münaqişəsi – Siyasət və Hüququn mübarizəsi arasında" adlı elmi məqalə yazmışdır. Həmin məqalə kitabça formasında çap olunaraq Almaniya Federal Parlamenti və Almaniya Milli kitabxanalarına daxil edilmişdir.
  • 2015–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.
  • 2016–2017-ci illərdə Almaniyanın Robert-Bosch fondu, Almaniya Xarici Siyasət Cəmiyyəti və Potsdam Universiteti tərəfindən birlikdə təşkil olunan Karl-Fridrix Gördeler Kollecində "Düzgün İdarəçilik" proqramı üzrə ixtisasartırma kursu keçmişdir.
  • 2017–2019-cu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyində çalışmışdır.
  • 2019-cu ilin sentyabr ayının 10-dan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır[2].

Milli Məclisdə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nurlan Həsənov 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, İntizam komissiyasının katibidir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Böyük Britaniya, Çexiya, Fransa, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.[3]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]

  1. "HƏSƏNOV Nurlan Urfan oğlu". HƏSƏNOV Nurlan Urfan oğlu (az.). İstifadə tarixi: 2024-11-15.
  2. "Şəmkirdə YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib" (Azərbaycan dili). qerbinfo.az. 11 fevral 2020 tarixində arxivləşdirilib.
  3. "HƏSƏNOV Nurlan Urfan oğlu". HƏSƏNOV Nurlan Urfan oğlu (az.). 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  4. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.